Nəqliyyatda daşınmaların və idarəetmənin təşkili mühəndisliyi (su nəqliyyatı üzrə) həm yerli, həm də xarici şirkətlərdə çox tələbat olan ixtisasdır.
Bu ixtisası öyrənən tələbələrə ümumi mühəndislik fənlərindən əlavə loqistika, dəniz qanunları, iqtisadiyyat, texnologiya, daşınmanın təşkili, nəqliyyatda informasiya texnologiyaları və digər fənlər tədris edilir.
Nəqliyyatda daşınmaların və idarəetmənin təşkili mühəndisliyi (su nəqliyyatı üzrə) ixtisası üzrə təhsil alan tələbələr flotun işinin planlaşdırılması, gəmilərin iş göstəricilərinin hesablanması, hərəkət qrafikinə nəzarət edilməsi, gəmilərin hərəkətinin öyrənilməsi, gəmilərin avtomatlaşdırılması, sahil qurğularının elektro təchizatını və s. öyrənirlər.
Bu ixtisas üzrə təhsilini başa vurmuş məzunlar port terminallar, gəmiçilik şirkətləri, su nəqliyyatı üzrə daşınmalarla məşğul olan sənaye müəssisələrinində baş mühəndis, elektromexanik, energetik və başqa vəzifələrdə çalışa bilər.
Daha çox göstər
Comments (0)