Estrada sənəti səhnə incəsənətinin bir növü olaraq özündə müxtəlif janrları birləşdirir: rəqs, ifa, sirk çıxışı, musiqi çıxışı, illüziyalar. Tələbələrə bu fənlər tədris edilir: pedaqogika, musiqi sənəti, teatr tarixi, sirk tarixi, dünya mədəniyyəti, multimedia texnologiyaları, səhnə texnikası, tədris metodikası, nitq mədəniyyəti, menecment. Praktikada səhnə hərəkətlərinin əsasları, xoreoqrafiya, vokal, klounada, səhnə nitqi sənəti, akrobatika, aktyor sənəti öyrədilir.
“Estrada sənəti” ixtisasının əsasları mədəniyyət səviyyəsinin artırılmasına, ünsiyyət qurmaq bacarığının artmasına xidmət edir. Bu ixtisası bitirənlər peşəkar artist və fənn müəllimi kimi fəaliyyət göstərə bilər.
İxtisas: estrada artisti (musiqiçi, müğənni, rəqqas, qiraətçi, konferansye, səs təqlidçisi, kupletçi), sirk artisti (akrobat, fokusçu, gimnast, kloun), estrada kollektivinin rəhbəri, şoumen, müəllim
Fəaliyyət sahəsi: kollektivlər (estrada-simfonik, sirk, vokal-instrumental), sərbəst estrada, televiziya.
Daha çox göstər
Comments (0)