Həkimlik ən məsuliyyətli peşədir. Həkimin əsas işi düzgün diaqnoz qoymaq və xəstəliyi sağaltmaqdır. Həkimin bir səhvi xəstənin həyatını itirməsinə səbəb ola bilər. Buna görə də bu ixtisasda savad, bilik və düzgün qərar qəbul etmək bacarığı çox vacibdir.
Müalicə işi ixtisası üzrə təhsil alan tələbələrə oftalmologiya, dermatologiya,pediatriya, mamalıq və ginekologiya, nevrologiya,neyrocərrahlıq, tibbi genetika, ftiziatriya, otorinolarinqologiya, tibbi reabilitasiya və s fənnlər tədris edilir.
Təhsil zamanı tələbələrə qrip, qızılca, malyariya və s. kimi müxtəlif infeksion xəstəliklərin inkişafının qarşısını almaq məqsədi ilə profilaktik işlər aparmağı öyrədilir. Gələcək tibb işçiləri müayinə edərək hamiləliyin diaqnostikasını aparmağı, xəstəliyi müəyyən etməyi öyrənirlər.
Müalicə işi ixitisası üzrə təhsilini başa vurmuş məzunlar hematolog, dermatoloq, onkoloq, oftalmoloq, uroloq, cərrah, həkim –terapevt, endokrinoloq, qastroenteroloq, rentgenoloq, nevropatoloq, otolarinqoloq, pediatr, anestezoloq və s. kimi fəaliyyət göstərə bilir.
Daha çox göstər
Comments (16)