Filologiya (alman dili və ədəbiyyatı) İxtisas

Təsvir

Filologiya (alman dili və ədəbiyyatı) – ali məktəblərdə tələbələrin həvəs göstərdiriyi ixtisas və istiqamətlərdən biridir. Bu istiqamət alman dili və ədəbiyyatı üzrə mütəxəssislər hazırlayır. Onlar əldə edilən bilikləri müxtəlif fəaliyyət sahələrində istifadə edir.
 Kurs ərzində tədris edilən əsas fənlər bunlardır: əsas dil (alman dili), yaş psixologiyası, pedaqogika, ümumi psixologiya, leksikologiya və stilistika, alman filologiyasına giriş, qrammatika və fonetika və bir çox başqa fənlər. Nəzəri biliklərdən başqa tələbələr bilik səviyyələrinin artırılması üçün təhsil müəssisələrində təcrübə keçir.
 Ixtisasından asılı olaraq təhsilini başa vuran tələbə bir çox vəzifələrdə çalışa bilər: referent, katib, bələdçi-tərcüməçi, xarici müxbir, ümumtəhsil məktəbindən ali məktəbə qədər hər bir təhsil müəssisəsində müəllim olaraq çalışa bilər. Filologiya alman dilində yaxşı danışmaq öyrətməklə yanaşı , Almaniyanın mədəniyyətini də dərindən öyrədir.

Daha çox göstər

Ətraflı məlumat

  • Форма обучения: Tam vaxt
  • Сектор: Azerbaijan

Əlaqəli

Comments (0)

Daha çox məlumat