Tumurcuq körpələr evi-uşaq bağçası Uşaq baxçası

Bakı, Əbdürrəhim Bəy Haqverdiyev Küçəsi 7

Təsvir

Tumurcuq körpələr evi-uşaq bağçası 3 Fevral 2014-cü ildən etibarən Təhsil Nazirliyinin lisenziyası əsasında fəaliyyət göstərir. Yasamal rayonunda yerləşən bağçamız, müasir zövqə uyğun dizayn edilmiş geniş, səliqəli, işıqlı və rahat otaqları ilə körpələrin şən və firavan böyüməsinə öz töhfəsini verməkdədir.
Bağçamız övladınızın sağlam ruhda böyüməsi üçün sağlam qidalanmanı, uşaqların təhülkəsizliyinin yüksək səviyyədə təmin olunmasını, müasir tədris proqramlarının tətbiqi kimi məsələləri daima prioritet hesab edir və bu sahənin inkişafı üçün vacib addımlar atır.
Bağçamız həftə içi hər gün səhər saat 8:00-dan axşam 18:30-a qədər körpələrin xidmətindədir.
Bağçamıza qəbul 2-3, 3-4, 4-5 və 5-6 yaş qrupları üçün Azərbaycan və rus bölmələri üzrə aparılır. Tədris prosesində Təhsil Nazirliyinin müəyyən etdiyi milli kurikulum proqramı ilə yanaşı Rusiyanın “Yeddi Cırtdanın Məktəbi” tədris proqramı da uğurla tətbiq olunur.
Üstünlüklərimiz:
1. Hər bir uşağa fərdi və fərqli yanaşma
2. Geniş həyətyanı sahə və oyun avadanlıqları
3. Milli və Rusiya dövlət tədris proqramının birgə tətbiqi
4. Sərfəli təhsil haqqı
5. Peşəkar, təcrübəli və qayğıkeş müəllim heyəti
6. Təmiz, sağlam, sanitar və ekolojik mühit
7. Gündə 4 dəfə təbii və təmiz qidalanma
8. 24 saat təhlükəsizliyin təmin olunması
9. Övladınızı evdən onlayn izləmə imkanı
10. Həkim və psixoloq nəzarəti
11. Ozon sistemi ilə fəaliyyət göstərən Üzgüçülük dərsləri.
12. Turbo zəka oyunları
Daha çox göstər

Əlaqə

Xəritəsi

Comments (0)