Təsvir

Əziz valideynlər! "İnci balalar" uşaq bağçası cəmi bir neçə aydır açılmasına baxmayaraq, çoxlarının etibarını və rəğbətini qazanıb.
Bağçamızda 2-6 yaşadək uşaqlar üçün azərbaycan və rus bölmələri üçün qruplar təşkil olunub.
Uşaqlar bağçamızda gündə 4 dəfə həkim dietoloq tərəfindən tərtib olunmuş menyuya əsasən qidalandırılır və günorta saatlarında yatızdırılır.
Bağçamızda məşğələlər rus və azərbaycan dillərində aparılır.Məşğələlərdə- ana dili, riyaziyyat, məntiq, nitqin və təfəkkürün inkişafı, şahmat, ingilis dili, rəsm, xoreoqrafiya və gimnastika tədris olunur.
Biz bağçamızda təhsil almayan körpələrimizi də yaddan çıxarmamışıq. Arzu edən uşaqlar üçün bağçamızda məktəbəqədər hazırlıq (rus və azərbaycan dillərində), şahmat, rəsm, rəqs, gimnastika , ingilis dili, rus dili kursları fəaliyyət göstərir. Hətta biz ibtidai sinifdə oxuyan uşaqlara ev tapşırıqları yerinə yetirməkdə də kömək edirik.
Bağçamız həftənin altı günü işləyir,5 günü 08:00-dan-18:00-dək, 6-cı gün 08:00-dan-15:00-dək işləyir.
İşdə olanda da övladınıza görə narahat olmayın, bağçamızda quraşdırılmış online kameralarla siz gün ərzində uşaqlarınıza nəzarət edə bilərsiniz.
Daha çox göstər

Əlaqə

Xəritəsi

Comments (0)