Kimya texnologiya fakültəsi Fakültə

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

Təsvir

Kimyaçi mühəndislərin hazırlığı 1921-ci ildən kimya şöbəsi kimi "Neft sənayəsi" fakültəsində, 1934-cü ildən "Neft texnologiyasi", 1940-cı ildən isə "Kimya texnologiya" fakültəsində həya­ta keçirilir. Dövlət Neft Akademiyasında yarandığı gündən indiyədək keçmiş İttifaqın və müstəqil Azərbaycanın neft emalı və neft-kimya sənayesi üçün 18 minə yaxın kimyaçı-mühəndis-texnoloq hazırlanmışdır. 1981-ci ildən «Kimya-texnologiya» fakültəsində xarici ölkə vətəndaşlarının da hazırlığı həyata keçirilir. Keçən illər ərzində dünyanın 54 dövləti, o cümlədən Avropa dövlətləri, Anqola, Banqladeş, Nigeriya, İrak, Hindistan, Əfqanıstan, Kolumbiya, Peru, Sudan, Vyetnam, Meksika, Həbəşistan, Yəmən, Madaqasqar, Livan, Qvineya-Bisau, Türkiyə və İran dövlətləri yüksək ixtisaslı mütəxəssis hazırlığı həyata keçirilmişdir.1991-ci ildən hal-hazıradək xarici ölkələr üçün 332 bakalavr , 326 magistr və 33 elmlər namizədi hazırlanmışdır. Daha çox göstər

Ətraflı məlumat

  • Сайт:
  • Декан: Axundov Elxan
  • О декане:

Daha çox məlumat