Tətbiqi riyaziyyat və kibernetika fakültəsi Fakültə

Bakı Dövlət Universiteti

Təsvir

Tətbiqi riyaziyyat, informatika və iqtisadi kibernetika ixtisasları üzrə yüksək ixtisaslı kadrlar hazırlayan, yüksək elmi və texniki bazası olan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi 40 ilə yaxındır ki, fəaliyyət göstərir. Fakültədə 17 professor və elmlər doktoru (onlardan biri Azərbaycan MEA-nın həqiqi, üçü isə müxbir üzvüdür), 54 dosent və elmlər namizədi çalışır. Fakültənin 4 müasir kompüter sinfi və elmi kitabxanası var.Fakültədə elmi-pedoqoji kadrların hazırlanmasına xüsusi fikir verilir. Fakültənin hal-hazırda 15 ixtisas üzrə 95 magistrantı (onlardan ikisi İran İslam Respublikasının vətəndaşıdır ), 29 aspirantı (onlardan 18-i İran İslam Respublikasının vətəndaşıdır) və 2 dissertantı var. Fakültədə müntəzəm olaraq elmi seminarlar fəaliyyət göstərir və bu seminarlarda yalnız fakültə əməkdaşları deyil, eyni zamanda digər fakültə və elmi-tədqiqat müəssisələrinin əmkdaşları da iştirak edirlər. Fakültə əməkdaşları aldıqları elmi nəticələri ölkəmizdə və eləcə də xarici ölkələrdə nəşr edilən elmi jurnallarda çap etdirir, müxtəlif elmi konfranslarda məruzələrlə çıxışlar edirlər. Daha çox göstər

Ətraflı məlumat

  • Сайт: http://cs.bsu.edu.az
  • Декан: Mehdiyev Məhəmməd Fərman oğlu

Daha çox məlumat