Dəniz naviqasiyası fakültəsi Fakültə

Azərbaycan Dövlət Dəniz Akademiyası

Təsvir

Dəniz naviqasiyası fakültəsi dənizçilik sahəsində bakalavr, magistratura və doktorantura pillələrində aşağıdakı ixtisaslar üzrə mütəxəssis hazırlığını aparır. Bakalavr pilləsi üzrə: • Dəniz naviqasiyası mühəndisliyi • Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi Magistratura pilləsi üzrə: • Dəniz naviqasiyası mühəndisliyi • Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi Doktorantura pilləsi üzrə: • Gəmiçilik və su nəqliyyatının istismarı Fakültənin tərkibinə iki ixtisas kafedrası daxildir: • Dəniz naviqasiyası • Su nəqliyyatında daşımalar Hal-hazırda Dəniz naviqasiyası fakültəsində 3 professor, 6 dosent, 14 baş müəllim, 13 assistent çalışır və 500-dək tələbə təhsil alır. “Dəniz naviqasiyası mühəndisliyi” ixtisasının məzunları istər Xəzər dənizində, istərsə də dünyanın bütün sularında üzən gəmilərdə kapitan köməkçisi və ya gəmi kapitanı vəzifələrində çalışa bilərlər. “Nəqliyyatda daşımaların təşkili və idarə edilməsi” ixtisasını bitirən məzunlar Bakı Beynəlxalq Dəniz Ticarət limanında, həmçinin dünyanın bir çox limanlarında, aparıcı beynəlxalq şirkətlərdə, Nəqliyyat idarələrində, gəmiçilik şirkətlərində, Azərbaycan Respublikasının Dəniz Administrasiyasında müxtəlif pilləli rəhbər vəzifələrdə, logistik, koordinator, menecer, operator, dispetçer, ekspeditor, stividor, süveyer, agent və texnik kimi çalışa bilərlər. Daha çox göstər

Ətraflı məlumat

  • Сайт:
  • Декан:
  • О декане:

Daha çox məlumat