Filologiya fakültəsi Fakültə

Azərbaycan Dillər Universiteti

Təsvir

Filologiya fakültəsi ADU-nun bir qurumu olmaqla ingilis, alman, fransız, Azərbaycan dili və ədəbiyyatı, həmçinin ayrıca Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasları üzrə kadr hazırlığını həyata keçirir. Fakültənin müxtəlif ixtisaslar üzrə akademik proqramlarına nəzər yetirdikdə görünür ki, bu fakültəni bitirən məzunların həm seçilmiş ixtisasa müvafiq olaraq dil üzrə, həm də həmin dilin ədəbiyyatı üzrə kifayət qədər bilik və bacarıq toplamaq imkanları vardır. Bu keyfiyyətlər Avropaya inteqrasiya edən ADU tələbələri olaraq Filologiya fakültəsinin məzunlarına böyük imkanlar yaradır və onların məsuliyyətini daha da artırır. Çünki, xarici dildə danışan və ədəbiyyatla zənginləşmiş dünya görüşünə malik olan şəxslər mədəniyyətlərarası mübadilələrdə daha tez dialoqa girmək qabiliyyəti əldə etmiş olurlar. Bir xarici ədəbi-bədii məhsulu (bədii əsər) öz ölkəsində, yaxud da öz xalqına məxsus olanı xaricdə təbliğ edə bilmək milləti və onu dəyərləndirən şərtləri: sivilizasiya, milli-mədəni mənsubluq, etimologiya, psixoloji-fizioloji, coğrafi, kulturoloji, linqvistik və s. özəllikləri, ən nəhayət, özgəni və özünü tanıtmaq bacarığı deməkdir. Bizim tələbələrimiz qarşılarında açılan bu imkanları düzgün qiymətləndirməyi bacarmalıdırlar. Fakültənin bakalavriatura pilləsində yalnız əyani, magistratura pilləsində isə həm əyani, həm də qiyabi təhsil forması mövcuddur. Filologiya fakültəsinin yaradılması fakültənin fəaliyyəti üçün zəruri olan digər kafedraların yaradılması (Azərbaycan dilçiliyi, Azərbaycan ədəbiyyatı və s.) və daha da genişləndirilərək inkişaf etdirilməsi işinə müsbət mənada təkan vermişdir. Çünki, fakültədəki təhsil prosesi bu ehtiyacların ödənilməsini şərtləndirir və tələb edirdi. Daha çox göstər

Ətraflı məlumat

  • Сайт:
  • Декан:
  • О декане:

Daha çox məlumat