Tarix fakultəsi Fakültə

Bakı Dövlət Universiteti

Təsvir

1919-cu ilin oktyabrında təsis edilən Tarix fakültəsi Bakı Dövlət Universitetinin yaşıdıdır. Azərbaycan Xalq Cümhurriyəti dövründə tərəqqipərvər ziyalıların təşəbbüsü ilə yaradılmış Tarix fakültəsi Azərbaycan xalqının milli mənlik şüurunun formalaşmasında misilsiz rol oynamışdır. Fakültə fəaliyyət göstərdiyi 90 il ərzində çətin və şərəfli inkişaf yolu keçmişdir. 1919-cu ildə Tarix-filologiya fakültəsi adı ilə ilk addımlarını atmağa başlayan Tarix fakültəsi sonralar müxtəlif adlar altında (İçtimai elmlər fakültəsi, Pedaqoji fakültə) fəaliyyətini davam etdirmiş, nəhayət 1934-cü ildə müstəqil fakültəyə çevrilmişdir. Bu müddət ərzində Tarix fakültəsi yüksək ixtisaslı tarixçi kadrlar hazırlayan nüfüzlü tədris və elm mərkəzinə çevrilmiş, Azərbaycanda elmin və təhsilin inkişafına güclü təkan vermişdir. Fəaliyyət göstərdiyi 90 il ərzində Tarix fakültəsində Respublikanın dövlət idarələri, elm və maarif sahələri üçün on minlərlə yüksək ixtisaslı tarixçi kadrlar hazırlanmışdır. Azərbaycanın bir sıra görkəmli elm, mədəniyyət və dövlət xadimləri Tarix fakültəsinin yetirmələridir. Dahi dövlət xadimi, dünya şöhrətli siyasətçi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyev Tarix fakültəsinin məzunudur. Heydər Əliyev Bakı Dövlət Univetsitetinin məzunu olması ilə fəxr etdiyini dəfələrlə bildirmişdir: "Mən çox xoşbəxtəm ki, Bakı Dövlət Universitetinin məzunuyam". Daha çox göstər

Ətraflı məlumat

  • Сайт: http://history.bsu.edu.az
  • Декан: Rzayev Azad Əhmədağa oğlu

Daha çox məlumat