Coğrafiya fakültəsi Fakültə

Bakı Dövlət Universiteti

Təsvir

Keçmiş SSRİ Ali Təhsil Nazirliyinin qərarına əsasən 1944-cü ildə birinci dəfə Azərbaycan Dövlət Universitetində coğrafiya ixtisası üzrə tələbə qəbulu aparıldı və geologiya-coğrafiya fakültəsi yaradıldı. 1945-1946-cı tədris ilindən fakültədə coğrafiya ixtisası üzrə azərbaycan və rus bölmələrinə tələbə qəbulu aparıldı. Aidiyyətli nazirliklərin və Azərbaycan Elmlər Akademiyası institutlarının kadr tələbatını nəzərə alaraq və fakültədə kartoqrafiya (1972-ci il), hidrometeorologiya (1973-cü il ) və ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə (1979-cu il) kafedraları yaradıldı. 1970-ci illərdən BDU geologiya-coğrafiya fakültəsində kartoqrafiya, hidrometeorologiya və ekologiya ixtisaslarına tələbə qəbul edildi.İxtisas istiqamətlərinin genişlənməsi və kadr tələbatının artması 1991-ci ildə BDU-da sərbəst coğrafiya fakültəsi təşkil etməyə imkan verdi. 2007-ci ildə coğrafiya fakültəsində yeni və mühüm bir kafedra-«Azərbaycan coğrfiyası» kafedrası təşkil edildi. Beləliklə, hazırda coğrafiya fakültəsi kollektivi təbiət elmlərinin 5 sərbəst istiqaməti üzrə kadr hazırlığını və elmi araşdırmaları yerinə yetirir. 1991-ci ildə tələbələrin tədris təcrübəsini təşkil etmək üçün Altıağac təcrübə bazası yaradıldı və 2000-ci ildən həmin bazada böyük abadlıq işləri həyata keçirilməyə başlandı.Universitetin həyətində son illər meteoroloji stansiya təşkil edilmişdir. Tələbələr burada meteoroloji müşahidələr aparırlar. Hazırda coğrafiya fakültəsinin bakalavr pilləsində 1107 tələbə təhsil alır (bunlardan 795 nəfər əyani, 312 nəfər qiyabi şöbədə oxuyur). Magistratura pilləsində 100 nəfər, aspiranturada isə 12 nəfər dissertasiya işləri üzərində çalışır. Hər il coğrafiya fakültəsində tələbələrin, magistrant və aspirantların coğrafiyanın, coğrafi ekologiyanın, hidrometeorologiyanın, kartoqrafiyanın ayrı-ayrı problemlərinə dair elmi konfranslar təşkil edilir və təqdim olunmuş məruzə mətnləri, yaxud tezisləri toplu halında nəşr edilir. Fakültənin professor-müəllim heyətinin yerinə yetirdiyi elmi axtarışların nəticələrinə dair hər il geniş elmi konfranslar keçirilir . Coğrafiya fakültəsində yay imtahan sessiyasından sonra Azərbaycanın müxtəlif bölgələrində və Altıağac təcrübə bazasında tələbələrin çöl təcrübələri təşkil olunur.Tədris ili müddətində kafedralar Abşeron-Qobustan, Quba-Xaçmaz, Lənkəran, Şəki-Zaqatala zonalarında maraqlı təbiət və rekreasiya obyektlərinə tələbələrin 1-2 günlük ekskursiyasını təşkil edir və nəticələrini elmi seminarlarda müzakirə edirlər. Coğrafiya fakültəsi əməkdaşları “Bakı Universitetinin xəbərləri” elmi jurnalının təbiət elmləri seriyasında maraqlı elmi məqalələrlə çıxış edir və ildə 4 nömrəsi çıxan jurnalın hər sayında coğrafiyanın müxtəlif problemlərinə aid 5-6 məqalə nəşr etdirirlər.Coğrafiya fakültəsinin 60 illiyinə, görkəmli coğrafiyaşünas alimlərin yubileylərinə həsr olunmuş elmi konfranslar və yığıncaqlar keçirilmişdir. Hazırda fakültənin kafedraları AMEA Coğrafiya, Geologiya, Torpaqşünaslıq və Aqrokimya, Botanika institutları, Azərbaycan Aerogeodeziya Birliyi, Azərbaycan Respublikasının Hidrometeorologiya və Ətraf Mühitin Mühafizəsi Komitələri, Azərbaycan Kartoqrafiya fabriki, həmçinin Moskva və Tbilisi Dövlət Universitetlərinin coğrafiya fakültələri ilə əməkdaşlıq edir. Coğrafiya fakültəsinin professor-müəllim heyəti mühüm elmi tədqiqatlarla yanaşı, tələbələri proqram, dərs vəsaiti, tədris xəritələri və digər əyani vəsaitlərlə təmin etmək üçün mütəmadi olaraq çalışırlar. Coğrafiya fakültəsində 6 kafedra fəaliyyət göstərir. Bakalavr pilləsində aşağıdaki ixtisaslar üzrə kadrlar hazırlanır :1. Coğrafiya2. Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə3. Hidrologiya4. Meteorologiya və iqlimşünaslıq5. Okeanologiya6. Kartoqrafiya7. Turizm və sosial-mədəni servis Magistratura pilləsində aşağıdakı ixtisaslar üzrə kadrlar hazırlanır :1. Geomorfologiya2. Landşaftşünaslıq3. İqtisadi və sosial coğrafiya4. Ərazi planlaşdırması və rayon planalması5. Ölkəşünaslıq və beynəlxalq turizm6. Dünyanın iqtisadi və sosial coğrafiyası7. Azərbaycanın fiziki coğrafiyası8. Hidrologiya9. İqlimşünaslıq10. Fiziki okeanoqrafiya11. Xəritəçilik12. Turizm və sosial-mədəni servis Daha çox göstər

Ətraflı məlumat

  • Сайт:
  • Декан: Иманов Фарда

Daha çox məlumat