Biologiya fakültəsi 1934-cü ildən müstəqil fakültə kimi fəaliyyət göstərir. Fakültənin ilk dekanı ixtisasca bitki fizioloqu olan professor D.A.Şutov olmuşdur (1934-1935).Akademik A.İ.Qarayevin, akad. A.A.Qrossheym, akad. M.H.Abutalıbovun, AMEA-nın müxbir üzvü Y.Ə.Əbdürrəhmanovun, professor T.D.Qayıbovun, prof. A.X.Tağızadənin, prof. M.Ə.Qasımovun, M.A.Axundovun, prof. V.N.Rusanovun, prof. T.H.Məmmədovun, prof. A.M.Ələkbərovun, dos. K.M.Qənbərovun, prof. H.S.Qasımovanın, prof. Q.T.Mustafayevin, prof. A.Ş.İbrahimovun, prof. A.Ə.Quliyevin, prof. C.Ə.Əliyevin, prof. F.Q.Ağamalıyevin, prof.Ə.H.Əliyevin, prof.R.Ə.Quliyevin, prof. M.Ş.Babayevin, prof.E.M.Qurbanovun, dos. X.D.Abdullayevin milli kadrların hazırlanmasında xüsusi xidmətləri olmuşdur.Fakültə kafedralarının elmi istiqamətləri aşağıdakılardır:1. İnsan və heyvan fiziologiyası – epifiz-hipotalamus, sensor və visseral sistemlərinin əlaqəsi və tənzimlənməsi;2. Biokimya – ayrılmış fəal süd turşusu bakteriyalarının antibakterisid xassəli komponentlərinin molekulyar xassələrinin tədqiqi;3. Botanika – Azərbaycanın bəzi botaniki-coğrafi rayonlarının florası, bitkiliyi və onun biomüxtəlifliyi;4. Mikrobiologiya – müxtəlif fizioloji qrup mikroorqanizmlərin fizioloji-biokimyəvi aspektlərinin tədqiqi;5. Bitki fiziologiyası – şoranlıq şəraitində bitkilərin metabolizminin xüsusiyyətləri;6. Torpaqşünaslıq – Böyük Qafqazın torpaqlarının ekoloji qiymətləndirilməsi;7. Onurğalılar zoologiyası – Azərbaycan quru və su onurğasızlarının faunası, biologiyası və ekologiyası;8. Genetika və darvinizm – canlı orqanizmlərdə fiziki-kimyəvi amillərin təsirinin mutagen və antimutagen effektinin tədqiqi;9. Biofizika və molekulyar biologiya – hüceyrə davamlılğının biofiziki mexanizmləri Fakültənin elmi-tədqiqat laboratoriyalarının əsas elmi istiqamətləri aşağıdakılardan ibarətdir:1. Biotexnologiya – Xəzər dənizinin sahil zona sularından yaşıl mikroyosunların ayrılması və onların biotexnoloji məqsədlər üçün istifadə edilməsi;2. Biostimulyatorlar – ekstremal şəraitdə fiziki-kimyəvi proseslərin neyroendikrinoloji tənzimində ekoloji ritmlərin rolu. Fakültədə təhsil əyani və qiyabi formalarda, azərbaycan və rus dillərində aparılır.Fakültədə 900-dən çox tələbə və magistrant təhsil alır, onların təlim-tərbiyəsi ilə 86 nəfərdən ibarət olan professor-müəllim heyəti məşgul olur, onlardan 1 nəfəri akademik, 19 nəfər elmlər doktoru, professor, 62 nəfəri elmlər namizədi, dosent, baş müəllim və müəllimdir. Bakalavr pilləsində aşağıdakı ixtisaslar üzrə kadrlar hazırlanır:1. Biologiya2. Biokimya3. Torpaqşünaslıq4. Yer quruluşu və torpaq kafedrası5.Yer quruluşu və torpaq müfəttişliyi Magistratura pilləsində aşağıdakı ixtisaslar üzrə kadrlar hazırlanır:1. Botanika2. Mikologiya3. Onurğasızlar zoologiyası4. Entomologiya5. Mikrobiologiya6. İnsan və heyvan fiziologiyası7. Bitki fiziologiyası8. Biokimya9. İxtiologiya10. Genetika və seleksiya11. Biofizika12. Molekulyar biologiya13. Onurğalılar zoologiyası14. Ekologiya15. Torpaq ekologiyası Fakültənin beynəlxalq əlaqələri Son illərdə fakültənin professor-müəllim heyətinin Türkiyə, Rusiya, İngiltərə, Fransa, Belçika, Ukrayna, Çexiya, Gürcüstan, İran İslam Respublikasının universitetləri ilə elmi əməkdaqlığı genişləndirilmişdir. Biokimya və biotexnologiya kafedrası Beynəlxalq layihələrində fəal iştirak edir. Kafedra Tempus proqramı çərçivəsində Ekologiya sahəsində magistr hazırlığı layihəsində iştirak edir.
Daha çox göstər