Gəmi elektrotexnikası fakültəsində bakalavr və magistratura pillələrində aşağıdakı ixtisaslar üzrə kadr hazırlığı aparılır: Bakalavr səviyyəsində: • Elektrik mühəndisliyi • Proseslərin avtomatlaşdırılması mühəndisliyi Magistratura səviyyəsində: • Elektrik mühəndisliyi • Proseslərin avtomatlaşdırılması mühəndisliyi Fakültənin məzunları yalnız Xəzər dənizində deyil, dünyanın bütün sularında üzən gəmilərdə, aparıcı beynəlxalq şirkətlərdə, o cümlədən elmi tədqiqat institutlarında çalışırlar. Hal-hazırda fakültədə 4 professor, 8 dosent, 17 baş müəllim, 7 assistent çalışır və 300-dən artıq tələbə təhsil alır. Fakültədə tədris prosesi üç kafedra üzrə aparılır: Bir ixtisas və iki ümumtəlim kafedrası. İxtisas kafedrası: • Gəmi elektroavtomatika Ümumtəlim kafedraları: • İctimai fənlər və dillər • Bədən tərbiyəsi Bu ixtisasları bitirən tələbələr gəmilərdə elektrik mühəndisi kimi işləyə bilərlər.
Daha çox göstər