Gəmi mexanikası fakültəsi dənizçilik sahəsində bakalavr, magistratura və doktorantura pillələrində aşağıdakı ixtisaslar üzrə mütəxəssislərin, həmçinin elmi-pedoqoji kadrların hazırlığını aparır: Bakalavr səviyyəsində: • Gəmiqayırma və gəmi təmiri mühəndisliyi • Gəmi energetik qurğularının istismarı mühəndisliyi Magistratura səviyyəsində: • Dəniz texnikası və texnologiyası mühəndisliyi • Dəniz texnikası və avadanlıqlarının istismarı mühəndisliyi Doktorantura pilləsi üzrə: • Dəniz texnikası • Gəmiqayırma və gəmi təmiri texnologiyası Fakültənin tərkibinə iki kafedra daxildir: • İxtisas və ümumtəlim kafedrası. İxtisas kafedrası: • Gəmi energetik qurğuları və gəmiqayırma Ümumtəlim kafedrası: • Mexanika və riyaziyyat Fakültənin məzunları yalnız Xəzər dənizində deyil, dünyanın bütün sularında üzən gəmilərdə, aparıcı beynəlxalq şirkətlərdə, limanlarda, gəmi təmiri müəssisələrində çalışırlar. “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisası üzrə hazırlanan mütəxəssislər gəminin daxiliyanma mühərriklərinin və energetik qurğularının istismarı sahəsində çalışa bilərlər. Təhsil aldıqları dövrdə ali təhsil diplomu ilə yanaşı işçi diplomu və müvafiq sertifikatlar alırlar ki, bu da məzunlara Azərbaycanın və xarici ölkələrin gəmiçilik şirkətlərində gəmi mexaniki və ya növbətçi mexanik kimi işləməyə imkan verir. “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisası üzrə hazırlanan mütəxəssislər müxtəlif təyinatlı gəmilərin layihələndirilməsini, inşasını və onların təmirini həyata keçirirlər. Elmi – tədqiqat institutlarında, gəmiqayırma və gəmi təmiri müəssisələrində texnoloq, kon struktor, sex və şöbə rəisləri və elmi işçi kimi işləyə bilərlər. Hal-hazırda fakültədə 6 professor, 15 dosent, 18 baş müəllim, 11 assistent çalışır və 400-dək tələbə təhsil alır.
Daha çox göstər