Kitabxanaçılıq-informasiya fakültəsi Fakültə

Bakı Dövlət Universiteti

Təsvir

Kitabxanaçılıq-informasiya fakültəsi Azərbaycan Respublikasında kitabxanaşünas-informasioloq, kitabşünas və nəşriyyat redaktoru ixtisasları üzrə kadr hazırlayan yeganə fakültədir. Kitabxanaçılıq-informasiya fakültəsində 050215 – Kitabxanaçılıq və informasiya, 050205 – Kitabşünaslıq ixtisasları üzrə bakalavr kadrlar; HSM 150017 – Kitabxanaşünaslıq, HSM 150020 – Biblioqrafiyaşünaslıq, HSM 150023 – Kitabxana fondlarının formalaşması və istifadəsi, HSM 060005 – Nəşriyyat işi və redaktəetmə ixtisaslaşmaları üzrə isə magistr kadrlar hazırlanır. Fakültənin maddi-texniki bazası, elmi-pedaqoji potensialı tədrisin dünya standartları səviyyəsində təşkilinə imkan verir. Fakültədə 4 kafedra – Kitabxanaşünaslıq; Biblioqrafiyaşünaslıq; Kitabxana resursları və informasiya-axtarış sistemləri; Kitabşünaslıq və nəşriyyat işi kafedraları fəaliyyət göstərir. Kitabxanaçılıq-informasiya fakültəsində tədrisin təşkili və elmi-tədqiqat işlərinin aparılması ilə bacarıqlı elmi-pedaqoji kollektiv məşğul olur. Fakültədə 3 elmlər doktoru, professor, 13 fəlsəfə doktoru, dosent və 13 müəllim çalışır. Kitabxanaçılıq-informasiya fakültəsi öz fəaliyyəti dövründə 5 min nəfərdən çox yüksək ixtisaslı kadr hazırlamışdır. Azərbaycan Respublikasının müstəqiliyi və informasiya cəmiyyəti şəraitində kitabxana işində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin daha geniş imkanlara malik olduğu nəzərə alınaraq 2003-cü ildə Kitabxanaçılıq fakültəsinin adı dəyişdirilmiş və "Kitabxanaçılıq-informasiya fakültəsi" adlandırılmış, onun maddi-texniki bazası yaxşılaşdırılmış və kadr potensialı gücləndirilmişdir. Kitabxanaçılıq-informasiya ixtisasının hazırkı dövrün tələbatına uyğun şəkildə yeniləşməsində ABŞ-ın İllinoys və Urbana-Şampeyn universitetlərinin, Fransanın Nitsa Universitetinin Lion Ali Məktəbinin, Belçikanın Namur Ali Kitabxanaçılıq Məktəbinin, eləcə də Rusiya ali məktəblərinin təcrübələrindən geniş istifadə edilmişdir. Fakültə 2008/2009-cu tədris ilindən Boloniya prosesinə qoşulmuşdur. Müstəqillik illərində Kitabxanaçılıq-informasiya fakültəsinin kadr hazırlığı sahəsindəki fəaliyyəti həm kəmiyyət, həm də keyfiyyət cəhətdən yaxşılaşmış, bakalavriatura və magistratura təhsil pillələri üzrə 2500-ə yaxın kadr hazırlanmışdır. Hazırda fakültədə bakalavr pilləsi üzrə 430, magistratura pilləsində isə 40 nəfər tələbə təhsil alır, 5 aspirant və 18 dissertant elmi axtarışlarını davam etdirir. Daha çox göstər

Ətraflı məlumat

  • Сайт: http://libinfo.bsu.edu.az
  • Декан: Azad İsa oğlu Qurbanov

Daha çox məlumat