Pedaqoji fakültəsi Fakültə

Naxçıvan Dövlət Universiteti

Təsvir

Pedaqoji fakültə 1984-cü ilin sentyabr ayından təşkil olunmuş “İbtidai təlim və məktəbəqədər tərbiyə” fakültəsinin bazası əsasında yaradılmışdır. Fakültə tələbələri Ali məktəb tələbələrinin Respublika birinciliklərində də uğurla çıxış edirlər. Qızlardan ibarət badminton kamandasının əsasını təşkil edən Pedaqoji fakültənin tələbələri 2004, 2006, 2007-ci illərdə Azərbaycan ali məktəb tələbələrinin Respublika birinciliklərinin qalibi olmuşlar. Universitet futbol kamandasının əsasını təşkil edən fakültə idmançıları Muxtar Respublika üzrə keçirilən futbol çempionatında 2004, 2005-ci illərdə birinci yer, 2006-cı ildən isə ikinci yer tutmuşlar. Futbol komandamız 2003-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 80 illiyinə həsr olunmuş turnirin qalibi, 2005-ci ildə Muxtar Respublika kubokunun sahibi, 2007-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirə turnirinin qalibi olmuşlar. Daha çox göstər

Ətraflı məlumat

  • Сайт:
  • Декан:
  • О декане:

Daha çox məlumat