2008-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsi 80 illik yubileyini qeyd etdi. Son tarixi dəqiqləşdirmələrə əsasən (bax: «Student-jurnalist» tədris qəzeti, iyun- 1929 №1) universitetdə jurnalist kadrları hazırlığına 1928-ci ildən başlanıb. Həmin ildə yaradılan jurnalizm kafedrası bu işin məqsədyönlü təşkili yolunda səmərəli fəaliyyət göstərib.1945-ci ildə universitetin filologiya fakültəsi nəzdində jurnalistika şöbəsi açılıb. Sistemli şəkildə jurnalist kadrları hazırlığı prosesinə dövrün tanınmış praktikləri İsrafil Nəzərov, Nəsir İmanquliyev, Qılman İlkin, Cümşüd Əzimov və başqaları cəlb olunublar. Şöbəyə dosent Həsən Şahgəldiyev rəhbərlik edib. 1969-cu ildə isə şöbə müstəqil fakültəyə çevrilib. Fakültənin ilk dekanı prof. Nurəddin Babayev olub. Sonrakı illərdə dekan vəzifəsinə prof.Şirməmməd Hüseynov, prof. Seyfulla Əliyev, prof. Tofiq Rüstəmov, dos. Nəriman Zeynalov, dos. Akif Rüstəmov seçiliblər. Hazırda fakültənin dekanı prof.Yalçın Əlizadədir.Bu günə qədər fakültə 4 minədək məzuna diplom verib. Yüksək ixtisaslı milli kadrlar hazırlığında Nəsir İmanquliyev, Nurəddin Babayev, Şirməmməd Hüseynov, Qulu Xəlilov, Famil Mehdi, Tofiq Rüstəmov, Əliş Nəbili və digər alim-pedaqoqların böyük xidmətləri olub.Fakültədə elmi tədqiqatların əsas istiqamətləri müasir dövr Azərbaycan jurnalistikasının sənətkarlıq problemləri, XXI əsrdə televiziya və radiojurnalistikası: meyllər, perspektivlər, Azərbaycan jurnalistikası tarixinin problemləri və beynəlxalq jurnalistikanın aktual problemlərindən ibarətdir.Təhsil bakalavr və magistratura pillələri üzrə Azərbaycan (əyani və qiyabi) və rus (əyani) dillərində aparılır. 32 müəllimdən 7 elmlər doktoru, professor, 18 nəfəri isə elmlər namizədi, dosentdir.Bakalavr pilləsində 400-ə qədər, magistr pilləsində 46 tələbə təhsil alır. 7 aspirant, 35 dissertant elmi-tədqiqat işləri üzərində çalışır.
Daha çox göstər