Hüquq fakültəsi Fakültə

Bakı Dövlət Universiteti

Təsvir

1927-ci ildə Azərbaycan K(b)P MK-nın göstərişinə müvafiq olaraq Azərbaycan Dövlət Universitetinin idarə heyətinin və Respublika Xalq maarif Komissarlığı dövlət elmi şurasının qərarına əsasən universitetin şərqşünaslıq fakültəsinin tərkibində hüquq şöbəsi təşkil edildilmişdir.1928-ci ildə hüquq söbəsi mustəqil hüquq fakültəsinə çevrilmişdir.Tələbə kontingenti. Hüquq fakültəsi fəaliyyət göstərdiyi müddət ərzində onu on minlərlə artıq məzun bitirmişdir. Elmi-texniki baza: Kriminalistika laboratoriyasıHüquq klinikası Hazırda Hüquq fakültəsində bakalavr təhsil pilləsinin əyani şöbəsində 1021, tələbə, qiyabi şöbəsində 471 tələbə, cəmi isə 1295 tələbə təhsil alır. Magistratura pilləsinin əyani şöbəsində 50 magistr, qiyabi şöbəsində 275 magistr, cəmi isə 325 magistr oxuyur. Əlavə təhsil üzrə təhsil alan tələbələrin sayı 587 nəfərdir. Ümumiyyətlə, hazırda hüquq fakültəsində 1933 nəfər tələbə hüquq elmlərinin sirlərini öyrənir, hüquqşünas kadr kimi hazırlanır. Məlum olduğu kimi, müasir texnologiyanın inkişafı ilə bağlı yeni cinayət növləri meydana çıxır, cinayətkarlar öz şər əməllərini texnikanın ən son nailiyyətlərindən istifadə etməklə törədirlər. Bu da həmin əməllərlə uğurlu mübarizədə müasir texniki vasitələrdən istifadə edilməsini tələb edir. Hüqüq fakültəsində fəaliyyət göstərən kriminalistika laboratoriyası tələbələrdə texniki vasitələrdən istifadə etmək vərdişlərini yaradır. Hüquq fakültəsinin maddi-texniki bazasının möhkəmlənməsinə həmişə böyük diqqət və qayğı göstərən universitet rəhbərliyi bunu nəzərə alaraq 50 000 Avro dəyərində xaricdən ən müasir kriminalistik avadanlıq almışdır. Həmin avadanlıq artıq quraşdırılmış və tələbələrin ixtiyarına verilmişdir. Daha çox göstər

Ətraflı məlumat

  • Сайт: http://law.bsu.edu.az
  • Декан: Əliyev Əmir İbrahim oğlu

Daha çox məlumat