Xarici tələbələr üzrə dekanlıq Fakültə

Azərbaycan Texniki Universiteti

Təsvir

Azərbaycan Texniki Universitetində xarici tələbələrin təhsil olması otuz ildən artıq tarixə malikdir. Təhsilin məqsədi xarici ölkələr üçün mühəndis kadrlar hazırlamaqdır. Təhsilin ilk illərində tədris prosesi ilə ayrıca dekanlıq məşgüb idi. Müəyyən müddət keçdikdən sonar xarici vətəndaşlarla işi bir mərkəzdən idarə etmək zərurəti yaranır və 1978-ci ildə xarici vətəndaşların işi üzrə dekanlıq yaradılır. Xarici tələbələr təhsilin keyfiyyətini yaxşılaşdırmaq üçün 1996-cı ildə dekanlığın nəzdində hazırlıq şöbəsi yaradıldı. Həmin şöbə son illərdə 60 nəfərə yaxın məzun hazırlamışdır. Hazırlıq şöbəsinin işində universitetinin aparıcı professorları və təcrübəli pedaqoqları çalışır. Hazırlıq şöbəsinin işi həmişə dekanlığın nəzarəti altında saxlanılır. Hazırlıq şöbəsində təhsilin əsas məqsədi ixtisas fənlərinin tədrisinə hazırlıqdan ibarət olur, tələbələr istəklərinə əsasən həmin dili (Azərbaycan və rus) özləri seçirlər. Hazırlıq şöbəsində əsas diqqət nitqin elm üslubuna verirlər. Hazırlıq şöbəsində təhsilini başa vurub və imtahanları müvəffəqiyyətlə verən abituriyentlər seçilmiş ixtisaslar üzrə universitetin I kursunda oxumaq hüququ qazanırlar. İxtisaslara yiyələnmək məqsədi ilə yuxarı kurslarda təhsilin yaxşılaşdırılmasına hazırlıq işləri aparılır. Dekanlığın nəzdində rus dilindən hazırlıq kursu fəaliyyət göstərir. Kurslarda tədrisi bitirib, sonraki imtahanları verən məzunlara ixtisas seçmək və I kursda təhsillərini davam etdirməyə icazə verilir. Daha çox göstər

Ətraflı məlumat

  • Сайт:
  • Декан: Elçin Mustafayev
  • О декане:

Daha çox məlumat