Nəqliyyat Fakültə

Azərbaycan Texniki Universiteti

Təsvir

Azərbaycan Texniki Universitetinin (keçmiş Azərbaycan Politexnik İnstitutunun) əsas fakültələrindən biri də Nəqliyyat fakültəsidir.1950-ci ildə AzPİ-nin sərbəst institut kimi fəaliyyətə başladığı zaman bu fakültə «Mexanika» adlanırdı. Sonralar fakültənin adı ardıcıl olaraq «Avtonəqliyyat», «Nəqliyyat», «Avtomexanika» və «Dəmir yolu nəqliyyatı» kimi dəyişdirilmiş, nəhayət iyul 2001-ci ildən «Nəqliyyat» adlanır.50-il müddətində fakültəyə dosent İ.İ.Qarayev, dosent M.T.Məmmədov, dosent A.Şıxəlizadə, dosent J.R.Dadaşov, prof. H.M.Əhmədov, prof. A.M.Kəngərli, dosent N.M.Mustafayev, dosent M.Ə.Talıbov rəhbərlik etmişlər. 2001-ci ildə «Materiallar müqaviməti» kafedrasının dosenti Fazil Əbdüləzim oğlu Həsənov fakültəyə dekan seçilmişdir və hazırda dekandır. Daha çox göstər

Ətraflı məlumat

  • Сайт:
  • Декан: Fazil Həsənov
  • О декане:

Daha çox məlumat