Alman Dili Tədrisi Mərkəzi Azərbaycan Almaniya Federativ Respublikasının Höte adına Dövlət Mədəniyyət İnstitutunun tərəfdaşı olaraq artıq 2009-cu ilin fevral ayından Bakıda alman dilinin tədrisi ilə məşğuldur.
Bütün dünyada gündən günə çoxalan bu tipli tədris mərkəzlərində - Höte İnsitutunun tərəfdaşları- yerli vətəndaşlara alman dili və mədəniyyətini yüksək səviyyədə öyrənməyə imkan yaradılır.
Dil kursları ilə yanaşı Alman Dili Tədrisi Mərkəzində beynəlxalq miqyasda tanınan Goethe Sertifikat İmtahanları (A1, A2, B1, B2 və C1) keçirilir. Bu sertifikatları əldə edən hər şəxs alman dilli ölkələrdə təhsillərini davam etdirə bilərlər. Məlumat üçün bildirək ki, Almaniyada yaşayış və işlə təmin olunmaq istəyənlər üçün Höte sertifikatlarını əldə etmək zəruri şərtlərdən biridir.
Comments (0)