STUDENTS.AZ saytının ad gününə həsr olunmuş müsabiqə

STUDENTS.AZ saytının ad gününə həsr olunmuş müsabiqə

Hörmətli istifadəçilərimiz,

Ad günümüz münasibətilə, biz, STUDENTS.AZ dostlarımız CITYLIFE.AZ əyləncə saytı ilə birlikdə müsabiqə elan edirik. Müsabiqənin nəticələrinə əsasən qaliblər hədiyyələr qazanacaq.

Müsabiqə haqqında
10 gün ərzində, 28 sentyabr 2013-cü ilə qədər “Mən və təhsil”, “İlk dərs günü” mövzusunda fotolar göndərin. Göndərilən fotolar facebook sosial şəbəkəsindəki səhifəmizdə, xüsusi albomda yerışdiriləcək.

Albomumuzda yerləşdirilən fotoların müəllifləri avtomatik olaraq müsabiqənin iştirakçısına çevriləcək. Ballar belə hesablanacaq:

1 layk + 1 bal
1 paylaşma + 2 bal
1 rəy + 2.5 bal
Fotolara məlumatlar əlavə edilməlidir:
Müəllif (ad və soyad), feysbuk sosial şəbəkəsində səhifənin ünvanı (dəqiqlik üçün) və email ünvanı (qalib olduğunuz halda xəbər verilməsi üçün).

Hər müəllif bir foto təqdim etməlidir.
Fotonun ölçüsü 800x600-dən kiçik olmamalıdır.

*Müxtəlif şəxslərin qeyri-adi  şərhləri  nəzərə alınacaq. Yəni əgər A istifadəçisi 3 dəfə şərh yazarsa bu, 1 şərh hesablanacaq -2.5 bal.

Fotoları contest@students.az ünvanına, yaxud feysbuk səhifəmizin inboksuna göndərə bilərsiniz: https://www.facebook.com/studentsaz

Qeyd: Unutmayın ki, yalnız bizim albomumuzun fotolarına edilmiş paylaşmalar, layklar və şərhlər nəzərə alınacaq.

Müsabiqənin keçirilməsindən və nəticələrindən xəbər tutmaq istəyirsinizsə, Layk düyməsini basaraq səhifəmizi bəyənə bilərsiniz.

Comments (0)