Qış sessiyası

Qış sessiyası

Bir çox tələbələrin qızıl qaydaları: imtahandan öncəki gecə başı yumaq olmaz.


Qış bayramı gözlərimizin önündə uçub gedir: kimsə yaxşıca dincəlir, kimsə dayanmadan bayram qeyd edir, kimsə qorxu içində qarşıdan gələn sessiyaya hazırlaşır. Bir çox tələbələrin qış bayramları qış sessiyası ilə yadda qalır: yuxusuz gecələr, ciddi müəllimlər, şparqalkalar, gərilmiş əsəblər – bütün bunlar darıxdırıcı sessiyanın atributlarıdır. Bundan əlavə sessiyaya həsr edilmiş bir çox ənənələr, əfsanələr və gülməli hekayələr mövcuddur. Onları sonsuza qədər saymaq olar, lakin ən maraqlılarından bir neçəsini danışacağıq.

Yumaq yoxsa yumamaq – məsələ budur!
Bir çox tələbələrin qızıl qaydaları: imtahandan öncəki gecə başı yumaq olmaz. Bu qaydanın çox sadə açıqlaması var: günlərdi öyrənməyə çalışdıqlarınızı, başınıza girən bütün biliyi boş yerə yuyub aparacaqsınız. Bəzi daha cəsarətli tələbələr sessiyanın əvvəlindən axrına qədər saçlarını kəsdirmir. Ən maraqlısı odur ki, bu onlara kömək edir, lakin bütün iş özünü inandırmaqdadır.

Daha ziyansız variant imtahandan qabaqkı gecə konspekt və ya dərsliyi yastığın altına qoymaqdır. Qədim tələbə inancına görə Siz şirin yuxuda olan zaman bilik uzun bir cərgə ilə sizin başınızın içinə girəcək.
Tələbələr arasında müftə qiymət almaq çox populyardır. Bakı tələbələri açıq pəncərələrdən qiymət kitabçalarını çıxarıb imtahanı vermək üçün kömək istəyirlər. Bundan sonra qiymət kitabçası sapla bağlanır və yalnız imtahanda qiymət almaq üçün düyün açılır.

Fərasət yoxsa bilik?
Sessiya – bu, sadəcə maraqsız fənlərin bezdirici imtahanı deyil. Sessiya ilə əlaqəli bir çox gülməli hadisələr baş verir. Məsələn, təcrübəli müəllimlər imtahanlarda tez-tez kiçik müsabiqələr təşkil edir.
Hər bir tələbənin arzuladığı xoşbəxt on üçüncü bilet haqqında eşitmisiniz yəqin. Bu biletin üstünlüyü nədir? Tələbənin fənnin adını və müəllimin adını bilməyi kifayətdir. Bundan yaxşı bilet tapmaq mümkün deyil!
Başqa bir hekayə: yazılı imtahanda hamı auditoriyaya daxil olur, bilet çəkir və yazmağa başlayır. Birdən müəllim yavaşca pıçıldayır: nəisə yuvarlanır, yuvarlanır, yuvarlanır. Birdən bərkdən deyir: müftə yuvarlandı, yuvarlandı, gəlib çatdı. Başa düşənlər tez qiymət kitabçalarını partanın üstünə qoyurlar və yaxşı qiymətlər alırlar. Yerdə qalanlar fərasətsiz olduqları üçün hirslənib, məyus-məyus yazmağa davam edirlər.

Hər bir sessiya illər ötdükdən sonra təbəssümlə xatırlayacağınız kiçik macəradır.
Students.az saytı Sizə sessiyanı müvəffəqiyyətlə başa vurmağı arzulayır!

Comments (0)