Bakıda ”webtəhsil” konfransı keçiriləcək

Bakıda ”webtəhsil” konfransı keçiriləcək

13 mart tarixində “Youth Network of Azerbaijan” Gənclər Təşkilatının təşkilatçılığı ilə Xəzər Universitetində “webtəhsil” konfransı keçiriləcək.


13 mart tarixində “Youth Network of Azerbaijan” Gənclər Təşkilatının təşkilatçılığı ilə Xəzər Universitetində “webtəhsil” konfransı keçiriləcək.

“webtəhsil” konfransı Azərbaycan təhsil sistemində internet resurslarından və internetin yaratdığı digər imkanlardan istifadə olunmasına təkan vermək məqsədi ilə təşkil olunur.

Təhsil sistemimizdə internet cüzi miqdarda istifadə olunur. Universitetlərimizdə və digər təhsil qurumlarında gənclərin internetdən istifadə imkanları arzu olunan qədər deyil.

İnternet istifadəsi hər kəsə müxtəlif faydalar təqdim edir. Böyük məlumat xəzinəsi və bir çox istifadə variantları ilə internet, bir insanın üçün ən əhəmiyyətli vasitə halına gəlmişdir. İnternetin ən böyük faydası təhsil sektoruna olmuşdur. İnternet müəllimlər və gənclərin məlumatını artırması baxımından qiymətli bir mənbədir. İnternetdəki qaynaqlar, məktəb müfrədatının demək olar ki, hər mövzusunu əhatə edir və tələbələrin məlumatlarını artırması, işlərini genişləndirməsi üçün çox əhəmiyyətli bir mexanizmə malikdir. İnternetin və internet resurslarının təhsilə tətbiq olunması gənclərimiz, xüsusilə tələbələrimiz üçün daha geniş imkanlar yarada bilər.

“webtəhsil” konfransını keçirməklə bu sahədə özünü isbat etmiş mütəxəssisləri bir araya toplamaq və fikir mübadiləsi yaratmaq əsas istiqamətdir.

Konfrans panellər şəklində keçiriləcək. 3 panel təşkil edilmişdir. Panellərdə dəqiq problemlər işıqlandırılaraq mütəxəssislər tərəfindən çıxış yolları axtarılacaq. Hər panelin başlığı və müzakirə olunacaq mövzuların siyahısı tərtib olunacaq. Panellərdə iştirak edəcək spiklerlər tərəfindən mövzulara aydınlıq gətiriləcək.

Konfransda əsasən bakalavr və magistr tələbələri, universitet müəllimləri, professorlar, konfransın mövzusu ilə əlaqədar olan şikrətlərin nümayəndələri, gənclər təşkilatlarından nümayəndələr dəvət olunacaq. Tələbələrin iştirakı seçim yolu aparılacaq. Qeyd edək ki, Azərbaycan təhsil müəssisələrinin hər hansı birində təhsil alan 18-29 yaş aralığında olan hər kəs konfransda iştirak üçün müraciət edə bilər. Konfransda iştirak üçün www.youth.net.az/webtehsil ünvanına daxil olaraq müraciət forması doldurmaq lazımdır. Gənclər 10 mart tarixinə qədər iştirak üçün müraciət edə bilərlər.

Konfrans AzEduNet şirkətinin baş sponsorluğu ilə keçirilir. Konfrans Microsoft Azərbaycan şirkəti, IREX Azərbaycan təşkilatı, Təhsil Nazirliyi “Elektron Təhsil Müsabiqəsi”, Mədəd Azərbaycan təşkilatı, Azərbaycan İnternet Forumu tərəfindən dəstəklənir.

Comments (0)