Tələbələr üçün Ali məktəblərdə təhsil büdcəsinin hesablanması

Tələbələr üçün Ali məktəblərdə təhsil büdcəsinin hesablanması

Azərbaycanın və Bakının ali məktəblərində qəbul kampaniyası vaxtıdır. İxtisaslar seçilib, sənədlər verilib, bir tək qəbul imtahanını vermək qalıb. Stop! 


Azərbaycanın və Bakının ali məktəblərində qəbul kampaniyası vaxtıdır. İxtisaslar seçilib, sənədlər verilib, bir tək qəbul imtahanını vermək qalıb. Stop! Sənəd verməzdən qabaq düşünülməli daha bir vacib şərt var. Bu və ya digər ali məktəbdə təhsil sizə neçəyə başa gələcək? Hesablamısınızmı? Ümumiyyətlə təhsil haqqından başqa nə qədər pul xərcləmək lazımdır?

Kalkulyatorla silahlanın

Təhsilə xərcləyəcəyiniz pulu hesablamaq niyə belə vacibdir? Belə olmasın deyə: Olya adlı bir qız var idi və həkim olmaq istəyirdi. O, anası ilə yaşayırdı. Atası isə onlardan ayrı yaşayırdı. İnstitut seçmək vaxtı geldi. Əlbəttə ki, Olqa Tibb Universitetinə daxil olmaq istəyirdi. Lakin anası Tibb Universiteti üçün lazım olan pulu ödəyə bilmirdi. Atası ödəyəcəyinə söz verdi. Qız bir il uğurla oxudu. İkinci kursa isə gedə bilmədi, çünki atası təhsil haqqını ödəyə bilmədi. Qız arzusu ilə vidalaşıb tibb məktəbinə oxumağa getdi. Belə hadisənin baş verməməsi üçün hər şeyi qabaqcadan düşünmək lazımdır.
Keçək hesablamalara. Azərbaycanda həm dövlət hesabına, həm də pullu təhsil forması mövcuddur. Pullu təhsil formasının xərclərindən danışacağıq. Ali təhsilin üç mərhələsi mövcuddur: bakalavr, magistratura, doktorantura. Bakalavrda dayanaq. Bakalavrda təhsil 4 il davam edir. Deməli, sizin oxuduğunuz ixtisas üzrə bir illik təhsil haqqı 1000 manat isə, dörd illik 4000 manat olacaq. Müqaviləni imzaladığınız zaman diqqətli olun və mütləq onu sona qədər oxuyub sonra imzalayın. Bir çox özəl ali məktəblərdə hər il üçün müxtəlif təhsil haqqı nəzərdə tutula bilər. Məsələn: birinci il -1000 manat, ikinci il - 1200 və s. Müqavilədə dörd il ərzində təhsil haqqının nə qədər olacağı mütləq göstərilir. Bu vacib məsələyə diqqət yetirin. Belə bir variant da ola bilər ki, semestr ərzində təhsil haqqı minimal əmək haqqından asılı olaraq hesablansın. Ölkədə minimal əmək haqqı qaldırılan kimi təhsil haqqı da qalxsın. Ali məktəbin kitabxanasının hansı səviyyədə olması ilə maraqlanmaq lazımdır. Dərs vəsaiti almağa ehtiyac olacaqmı? Həmçinin dərs ləvazimatlarına, kurs işlərinin çap olunmasına, təcrübi işlərə, laboratoriya işlərinə sərf olunacaq xərcləri də hesablayın. Bütün bunlara az xərciniz çixmayacaq.

 Mənzil məsələsi hər şeyi korlayır                                 

Təhsil haqqını həll etdik. Bununla xərclər bitmir. Əgər başqa şəhərdə oxuyacaqsınızsa bu xərclərə yataqxanada qalmaq haqqını da əlavə edin. Sənəd verməzdən qabaq maraqlanın, bütün başqa şəhərdən gələnlərə yataqxanada yer verilirmi? Əgər verilmirsə, demək xərclərə kirayə tutmalı olduğunuz evin pulunu da əlavə etməlisiniz. Bu isə az məbləğ olmayacaq. Aydındır ki, bunlara yemək və başqa gündəlik xərcləri də əlavə etmək lazımdır.

Digər xərclər

İnsan tək çörəklə yaşamır. Tələbələr hərdən əylənmək də istəyir: kublar, teatrlar, muzeylər, gəzməklər. Bəzi ali məktəblərdə isə xaricdə yay təcrübəsi təşkil edilir. Təəssüf ki, belə təcrübələr pulsuz deyil və hətta təcrübə keçmək üçün yüksək məbləğdə pul lazım olur. Bundan əlavə, dostların ad günü, bayramlar, geyim. Belə ki, ali təhsil sizdən kifayət qədər çox pul tələb edir. Hər şeyi əvvəlcədən hesablayın və düşünün: bu xərcləri ödəyə biləcəksinizmi?

 

Comments (0)