Bir yaşımız tamam oldu

Bir yaşımız tamam oldu

Bu gün bizim üçün çox vacib gündür. Bir il öncə bu gün portalımızın ilk versiyası fəaliyyətə başalyıb.


Bu gün bizim üçün çox vacib gündür. Bir il öncə bu gün portalımızın ilk versiyası fəaliyyətə başalyıb. O vaxt portalımızda daha az məlumat var idi. Bütün bu müddət ərzində istifadəçi interfeysini mükəmməlləşdirilməsi, səhifələrin yüklənmə sürətinin artırılması üzərində çalışmış, sayta yeni materialların yerləşdirilməsi ilə məşğul olmuşuq.

Sadalananlardan sonuncusu, məhz sayta məlumat yerləşdirmək ən çətin etapdır. Belə ki, bütün informasiya sayta yavaş-yavaş yığılıb. Əlbəttə ki, bu çətinliklər saytın inkişafına mane olub. Biz isə bütün bunların öhdəsindən gəldik və öz üzərimizdə çalışırıq.

Bir illiyimiz münasibətilə hədiyyəli müsabiqələr keçirmək qərarı qəbul olunub. Müsabiqə bir ay ərzində keçiriləcək, qaliblər isə STUDENTS.AZ saytından mükafatlar və hədiyyələr qazanacaq.

Müsabiqənin qaydaları tezliklə elan olunacaq.
Bizi izləyin!

Hörmətlə STUDENTS.AZ kollektivi

Comments (0)