İxtisas Seçimi İntellektual Sistemi

İxtisas Seçimi İntellektual Sistemi

Students.az saytının ixtisas seçimi sahəsində innovativ sistemi sizə ən uyğun olan sahəni seçməyinizə şərait yaradacaq


İxtisas seçməyə hazırlaşan gənclər arasında ən çox yayılan problem qərarsızlıqdır. Bir çoxları nə ilə məşğul olmaq istədiklərini bilmirlər, bu isə bəzən səhv seçim etməyə gətirib çıxarır. Belə hal isə gələcəkdə çətinliklər yaradır. Gələcək tələbələrə ixtisas və uyğun olaraq təhsil müəssisəsi seçməkdə kömək etmək üçün xüsusi intellektual sistem hazırlamışıq. Sistemə http://students.az/az/online_exam keçidindən daxil ola bilərsiniz.

İxtisas seçimi intellektual sistemi təhsil müəssisəsi seçimində köməkçi vasitədir. Biz Azərbaycanda ilk dəfə olaraq belə bir sistem reallaşdırdıq və ümid edirik ki, gələcək tələbələr sistemdən yararlana biləcəklər. Sistemdən istifadə olduqca asandır, interfeys isə kifayət qədər sadədir. İsis-indən istifadə zamanı sadəcə seçdiyiniz ixtisaslara aid suallara cavab vermək lazımdır.

Beləliklə, testdən bilavasitə saytda keçmək olar və heç nə yükləməyə ehtiyac yoxdur. İxtisas seçimi sistemi onlayn-test prinsipi əsasında işləyir və iki cavab varinatından birini seçmək lazımdır. Daha dəqiq desək, ixtisasa aid olan hər bir fikri təsdiq və ya təkzib etmək zəruridir. Bütün bacarıqlarınızı qeyd etdikdən sonra təxmini keçid balını və imatahan verəcəyiniz qrupu göstərmək lazımdır. Nəticədə ekranda sizə ən uyğun universiteti və ixtisası görəcəksiniz. Bundan başqa sistem üç siyahı təqdim edir: birinci siyahı üstünlük verdiyiniz məlumatlara, ikinci keçid balları və üstülük verdiyiniz məlumatlara, üçüncü isə keçid ballarına əsaslanır. İxtisas və təhsil müəssisələrinin adları keçid şəklindədir. Keçidlərə daxil olaraq ətraflı məlumat almaq və məlumat əsasında dəqiq seçim etmək olar.

Əgər Bakıda və ya Azərbaycanın hər hansı bir bölgəsində yaşayırsınızsa və özünüzə ən uyğun universiteti seçmək istəyirsinizsə harasa getməyə, axtarmağa və ya kimdənsə soruşmağa ehtiyac yoxdur. Yeni ixtisas seçimi sistemindən istifadə etməyiniz kifayətdir! Sistem qohumlar və tanışlardan daha dəqiq məlumat və daha yaxşı məsləhət verəcək, sistemdən istifadə isə çox sadədir!

Yoxlayın və özünüz əmin olun: http://students.az/az/online_exam

Comments (0)