İmtahanlardan sonra nə etməli?

İmtahanlardan sonra nə etməli?

Məktəbdə buraxılış imatahanları, ali məktəblərə qəbul imtahanları. Həyəcan, narahatlıq! Qəbul olanlar siyahısında adını oxumaq necə də yaxşıdır.


Məktəbdə buraxılış imatahanları, ali məktəblərə qəbul imtahanları. Həyəcan, narahatlıq! Qəbul olanlar siyahısında adını oxumaq necə də yaxşıdır. Hər kəs bu hadisəyə fərqli reaksiya göstərir: kimsə xoşbəxtlikdən ağlayır, kimsə sevincdən hoppanır, kim isə bütün Azərbaycanı qucaqlamağa hazır olur. Neynəyəcəyini bilmirsən. Bütün il boyu hər dəqiqə məşğul olan biri qəbul olduqdan sonra nə edəcəyini bilmir.

Qəbul olanlar özlərinə tətil təşkil edə bilər. Çox maraqlı və dolğun tələbəlik həyatı hələ qabaqdadır. Lakin unutmayın ki, ciddi təhsil prosesi sizi gözləyir. Elə buna görə də yaxşı istirahət etmək lazımdır.

Ali məktəbə qəbul olmamısan?

Siz ali məktəbə qəbul olmamısınız? Elə fikirləşirsiniz ki, dünyanın axrıdır? Bəxtiniz gətirmədi? Nə etmək olar? Bir neçə variant var. İndi elə bu barədə danışacağıq.

Yeni imkanlar!

Ən mənfi hadisəyə belə müxtəlif tərəflərdən baxmaq olar. Dünya dağılmayıb, sizlərə müxtəlif imkanlar bəxş edib. Kimsə sentyabrdan etibarən mühazirələrə gedəcək, təcrübi işlər yerinə yetirəcək, sessiya verəcək. Oxumaq və yenə də oxumaq. Siz isə çoxdan arzuladığınız, lakin vaxt məhdudiyyətindən məşğul ola bilmədiyiniz bir işlə məşğul olmaq imkanı qazanırsınız. Əgər oğlansınızsa, daha bir perspektiviniz var.

Get və xidmət et!

Hərbi xidmət ali məktəbə qəbul olmayan və sağlamlığında problemi olmayan gənclər üçün qaçılmazdır. Hərbi xidmət çox vacib imkandır, həyat məktəbidir. Hərbi xidmətdə olmuş oğlanlara da münasibət başqadır. Hərbi xidmət keçmiş gənc güc strukturlarında asanlıqla iş tapa bilər. Pis münasibətdən çəkinirsiniz? Elə buna görə də yayı fiziki cəhətdən güclənməyə həsr edin. Güclülərə hər yerdə hörmət edirlər.

Hələ bilmək olmaz kimin bəxti gətirib!

Hərbi xidmətə getməli deyilsiniz? Onda işə düzəlmək olar. Seçdiyiniz ixtisasın düzgün olub olmadığını yoxlamaq üçün bu, daha bir imkandır. Seçdiyiniz ixtisas üzrə və ya ona yaxın olan bir ixtisas üzrə işləyin. Bu peşəni bəyənib bəyənmədiyinizi qərarlaşdırın. Buna görə də öz soyadınızı qəbul olanlar siyahısında görməmisinizsə özünüzü bəxti gətirənlərdən hesab edə bilərsiniz. Tale nə istədiyinizi aydınlaşdırmağınız üçün sizə şans verib. İş qrafiki elə olmalıdır ki, növbəti il qəbul imtahanlarına hazırlaşmağa vaxtınız qalsın.

İstədiyim kimi yaşayım!

Belə də etmək olar. Arzularınız var, lakin reallaşdırmağa vaxtınız olmayıb? Səyahət etmək istəyərdiniz? Buna vəsaitiniz varsa, səyahət edin! Heç nə ilə məşğul olmaq istəmirsiniz? Heç nə etməyin! Bir az rahatlayın! Sonra yeni enerji ilə hara hərəkət etmək istədiyinizi anlayacaqsınız. Həyat ali məktəbə qəbul olmamaqla bitmir. Hələ hər şey qabaqdadır/

 

Comments (0)