Humanitar ixtisaslar

Humanitar ixtisaslar

Günümüzdə humanitar ixtisaslar dəqiq elmlərlə əlaqəli ixtisaslarla layiqli rəqabət aparır. Bu ixtisaslara yiyələnməyə insan bütün ömrünü sərf edə bilər. STUDENTS.AZ portalı humanitar peşələrin ən populyarlarından ibarət siyahı düzəldib.


Günümüzdə humanitar ixtisaslar dəqiq elmlərlə əlaqəli ixtisaslarla layiqli rəqabət aparır. Bu ixtisaslara yiyələnməyə insan bütün ömrünü sərf edə bilər. STUDENTS.AZ portalı humanitar peşələrin ən populyarlarından ibarət siyahı düzəldib.

Reytinqi satış meneceri vəzifəsi açır. Bu peşə şərəfli 1-ci yeri tutur. Menecerin vəzifələrinə mal və xidmətlərin birbaşa və dolayı satışı; brend təqdimatı, aparılan satışın təhlili və müəyyən müddətlik planın tərtib edilməsi daxildir.

TOP 10-luğun 2-ci yerində müştərilərlə iş üzrə menecer vəzifəsi durur. Bu vəzifə sahibi potensial müştərilərin tələblərini anlamalı və düzgün yanaşma yolunu tapmalıdır. Böyük şirkətlərdə müştərilərlə iş üzrə menecer tez-tez xaricə getməli olur. Buna görə də menecerin xarici dil bilməyi vacibdir. Azərbaycanda təhsil almış insanlar üçün belə şərt əlverişlidir. Belə ki, bu ölkədə tələbələr mütləq üç dil öyrənir.

3-cü yerdə promouter - reklam mütəxəssisi dayanır. Biz artıq çoxdandır ki, əşyaları və xidmətləri deyil, brendləri alırıq. Promouter isə insanlara nəyə üstünlük verməli olduqlarını deyir. O, gözəl obraz nümayiş etdirir.

Ən çox tələb olunan peşələr siyahısının 4-cü yerini müəllimlik tutur. Onların axtarışı ilə öz əməkdaşlarına xarici dillər, texniki yeniliklər, kompyuter texnologiyaları dünyasını açmaq istəyən nəhəng şirkətlər məşğul olur.

Lider beşliyini psixoloq vəzifəsi bağlayır. Psixoloq işçilərə şəxsi problemlərini həll etməyə kömək etmək, yaralarını sarımaq üçün nəzərdə tutulmuş vəzifəni daşıyan insandır. Əməkdaşların psixoloji rahatlığı bütün firmanın müvəffəqiyyətinin rəhni deməkdir.

Humanitar ixtisasların 6-cı yerində sənədşünaslıq dayanır. İnformasiya texnologiyalarının yüksək səviyyədə inkişafına baxmayaraq, şirkətlər üçün kağızlar əvvəlki kimi vacibdir. Kağız sənədlərin qorunmasını və səliqəli şəkildə saxlanılmasını sənədşünas həyata keçirir.

7-ci yeri İnsan Resursları üzrə menecer tutur. O, orkestr dirijoru kimi əmək resursunu idarə edir. Onun səlahiyyətlərinə bu istiqamətdə bütün işlər daxildir: əmək bazarının öyrənilməsindən və işçinin işə götürülməsindən tutmuş, işçinin təqaüdə göndərilməsinə qədər.

Reytinqin 8-ci yerində dizaynerlər dayanır. Günümüzdə dizaynerlərə bağ evlərinin, ofislərin, həmçinin internet səhifələrinin tərtibatı üçün müraciət edilir.

9-cu yer reklam agentinə - iş prinsipini, məhsulun funksiyalarını və üstünlüklərini ən yaxşı şəkildə başa salan insana məxsusdur. Reklam agentləri üçün ən çox tibb sahəsində vakansiyalar var.

TOP 10-luğu kontent menecer vəzifəsi bağlayır. Bu, internet şəbəkəsində şirkətin yerini müəyyənləşdirən peşəkardır. Onun Azərbaycan, Rusiya və ya İngiltərədə təhsil almasının heç bir önəmi yoxdur. Kontent menecer Yer kürəsinin istənilən nöqtəsində çalışa bilər.

 

Comments (0)