İxtisasların adları arxasında nə gizlənir ?

İxtisasların adları arxasında nə gizlənir ?

Məktəb məzunları qarşısında ixtisas seçimi kimi çox vacib məsələ dayanır. Bu seçimdən gələcək uğurlar, maddi təminat, karyera inkişafı asılıdır, həmçinin işdən zövq almaq çox vacibdir.


Məktəb məzunları qarşısında ixtisas seçimi kimi çox vacib məsələ dayanır. Bu seçimdən gələcək uğurlar, maddi təminat, karyera inkişafı asılıdır, həmçinin işdən zövq almaq çox vacibdir. İqtisadiyyatda olan dəyişikliklər, qloballaşma prossesi və əmək bazarında xüsusi ixtisaslara olan tələbat yeni istiqamətlərin yaranmasına gətirib çıxarır. Buna görə də müxtəlif istiqamətlərdə müxtəlif hazırlıqlar meydana çıxır.

Abituriyentin gələcək seçimini asanlaşdırmaq üçün students.az portalı belə ixtisasların siyahısını hazırlayıb. Bundan başqa istiqamətin mahiyyətini anlamaq zəruridir.

Beləliklə, hüquqşünaslıq ixtisası hazırlığında kriminal, ailəvi, inzibati və iqtisadi və vətəndaş hüququ üzrə mütəxəssislər hazırlanır. Hüquqşünaslar hüquqi məsləhətlər verir və bütün razılaşma və əməliyyatları müşayiət edir. Qanunu bilmədən heç bir fəaliyyət mümkün deyil,  bu səbəbdən hər bir müəssisə peşəkar hüquqşunasla əməkdaşlıq etmək istəyir.

Mühasibat uçotu və audit mühasibat və analitik prosedurların həyata keçirilməsində mütəxəssis hazırlayır. Mühasib bütün resurslarından səmərəli istifadə etməni təmin edir, subyektlərin öhdəliklərinin hesabatını aparır. Bakıda auditorlar mühasibat sisteminin mövcud qanunvericiliyə uyğun yoxlanılmasını aparır.

Tibbi-profilaktika ixtisasının tələbələri zəruri profilaktik tədbirlər görməyi öyrənir. İxtisas geniş profildə patologiya öyrənilməsini əhatə edir. Axı ilk yardım çox vacibdir və çox vaxt xəstənin həyatı ondan asılı olur. Tibbi profilaktika tələbələri diaqnoz aparatları ilə işləməyi də öyrənir. İxtisasın məzunları yoxlanılır və daha sonra onlara iş icazəsi verilir.

Marketinq ixtisası məzunları rəqabətli mühitdə  şirkətin səmərəli yerləşdirilməsini təmin etməyə hazırdır. Ticarət istiqamətində hazırlıq qiymət qoyma prinsipini, satış psixologiyasını, tələbatın formalaşdırılması prinsiplərini bilən, həmçinin məhsul nomenklaturasının hər bir elementinin effektli istifadəsini müəyyənləşdirməyi bacaran mütəxəssislər hazırlayır. Bu ixtisasın məzunlarına sənaye və kommersiya müəssisələrinin satış şöbələrində tələbat var.

Sosiologiya ixtisası Azərbaycanda və müəyyən regionda ictimai fikri öyrənir, tətbiq edir və məlumat şəklində təqdim edir. İxtisasın məzunlarına KİV-lərdə, ictimai rəyi öyrənmə və sosioloji tədqiqatlar mərkəzlərində ehtiyac var, həmçinin onlar istənilən müəssisənin PR-işlərini yerinə yetirə bilər.

Dekorativ sənət  - hazırlıq istiqaməti dizayn və dekorasiya sahəsində mütəxəssis hazırlayır. Toy salonları, sənət studiyaları, art-dizayn salonları, floristika studiyaları və bir çox başqa təşkilatlar bu istiqamətin məzunlarının potensial iş yeridir.

Students.az portalı ixtisas seçimində və peşəkar fəaliyyətdə bütün abituriyentlərə uğurlar arzulayır.

Comments (0)