Tələbəlik inancları

Tələbəlik inancları

Yeni il ərəfəsi hər bir ali məktəbdə müxtlif parlaq tədbirlər zamanıdır. Bəzi bayramlar əyləncə xarakteri daşıyır, məsələn, kimya ixtisasının tələbələri üçün "Yeni il Kimya şousu" ənənəvi mərasimdir.


Yeni il ərəfəsi hər bir ali məktəbdə müxtlif parlaq tədbirlər zamanıdır. Bəzi bayramlar əyləncə xarakteri daşıyır, məsələn, kimya ixtisasının tələbələri üçün "Yeni il Kimya şousu" ənənəvi mərasimdir. Tələbələr arasında "Mister və Missis" müsabiqəsi keçirmək də ənənəyə çevrilib. Belə müsabiqələrdə həm intellektual, həm də zarafatyana suallar yer alır.
Yeni il qabağı tələbələr arasında digər fəaliyyət sahələri də inkişaf etmişdir. Bu ərəfədə xeyriyyə aksiyaları keçirmək olduqca populyardır. Belə tədbirlər çərçivəsində tələbələr valideyn qayğısından məhrum olan uşaqlar üçün tamaşalar və ya sadəcə əyləncəli bayramlar təşkil edir. Tələbələr Şaxta Baba və Qar qız geyimində sosial müəssisələri ziyarətə gedir. Belə ziyarətlər uşaq evlərinə böyük sevinc bəxş edir. Abituriyentlərin də belə xeyriyyə işlərinə qoşulmağı çox yaxşıdır.

Təəccüblü deyil ki, tələbələr və abituriyentlər arasında bir çox inanclar yayılmışdır. Əlamətlərə xüsusi yanaşma bəzən imtahandan yaxşı qiymət almaq üçün zəmanətdir. Oxumağa mane olan və xoşagəlməz hadisələrlə bağlı hər şeyi odda yandırmaq vacibdir. Əgər bu əlamət mənasızdırsa, digəri izaholunandır. Nə tələbələrə, nə də abituriyentlərə Yeni ili boş ciblə qarşılamaq məsləhət görülmür. Buna görədə tələbə sağ əlində pul tutaraq, sol əli ilə il təzələnən an şampan qədəhini toqquşdurmalıdır. Əlbəttə ki, pulu cibə və ya ayaqqabıya qoymaq olar. Daha bir maraqlı adəti nəzərinizə çatdırmaq istəyirik - 31 dekabrda məktub yazmaq, içərisinə arzular yazılmış açıqca və pul qoymaq. Növbəti il poçt vasitəsilə pulu almaq olar.

Daha bir inanc - soyuducuya qırmızı kisədə reşka üstdə olmaq şərti ilə 3 ədəd mis pul qoymaq. Bir çox tələbələr və abituriyentlər bayram süfrəsində boşqabın altına pul qoyur və yeməyini, məhz, o boşqabdan yeyir.
Gənclər bayramı səs-küylü kompaniyada qeyd edir və bayramdan enerji və hərarət gözləyir. Buna görə də Yeni il tələbələr və abituriyentlər arasında dəlisov əyləncə, atəşfəşanlıqla müşayiət olunan hiperaktiv bayramdır.

Gənclərin bir hissəsi bayramı ailəsi ilə birlikdə keçirməyə üstünlük verir. Belə tələbələr, adətən, təhsilə daha ciddi yanaşanlardır. Buna görə də qış sessiyasından qabaq onlar Yeni il bayramından istifadə edərək imtahan və zaçotlara hazırlaşırlar.

Comments (0)