Sessiya artıq yaxınlaşır

Sessiya artıq yaxınlaşır

Tezliklə yeni ildir. İmtahanlar yaxınlaşır, oxumağa isə həvəs yoxdur.


Ah bu unudulmaz tələbəlik həyatı! Bütün yadda qalan hadisələr sessiyalarda olur. Bəs sessiya nədir? Saytımız students.az bunu müəyyənləşdirmək qərarına gəlib. Bakı artıq Yeni ilə hazırlaşır. Tələbələr isə ən çətin dövrü yaşayır. Ötən il Azərbaycan ali məktəblərində təqaüdün artmasına baxçayaraq, kitab oxuyan, çalışan tələbələr çox deyil.

Sessiya sözünün mənası nədir?

Bu adı bizə qədim latın dili bəxş edib. Latın dilində bu söz sessio kimi yazılır və iclas, toplantı, oturmaq kimi tərcümə edilir. Yəni sessiya zamanı tələbə oturmalı, fikrini bir yerə toplamalı və hazırlaşmalıdır. Lakin başqa çətinliklər də var. Sessiyaya müxtəlif səbəblərdən buraxılmama mümkündür. Əsas səbəb zaçot sessiyası zamanı verilməyən zaçotlar ola bilər. Zaçot sessiyası imtahan sessiyasından əvvəl olur və əsasən bir həftə davam edir. Hər bir ali məktəbdə yenidən imtahan dekanat tərəfindən planlaşdırılır.

Kədərlidir, amma faktdır ki, sessiyanın sonunda təqaüddən məhrum olmaqla yanaşı, bir çoxlarının çətinliklə qəbul olduğu institutdan təcrid edilmə təhlükəsi də var. Gələcəyinizi təhlükə altına atmağa dəyərmi? Bəlkə birinci kursdan öz vəzifələrini yerinə yetirməyinin vacibliyini anlayan tələbələrdən nümunə götürmək lazımdır?

Sessiya –hər bir –yaxşı və ya pis oxuyan tələbə üçün ən gərgin dövrdür. Uşaqların əksəriyyəti üçün bu dövr çoxdan gözlənilən tətillə başa çatır. Students.az sizə ürəkdən belə tətil və indiki sessiyanın nəticələrinə görə artırılmış təqaüd almağınızı arzulayırıq.

Qış sessiyanın qızğın vaxtında hamıya təsəlli olaraq deyirik ki, sonu yaxşı bitməyən hər şey yumorla xatırlanır. Bir neçə imtahandan sonra nəhayət azadlıq gələcək.
Qış fəsli Azərbaycanda əsl istirahət vaxtıdır. Bizim dağ xizək kurortlarımız gücü bərpa etməyə və əhval-ruhiyyəni yüksəltməyə xidmət edir. Bütün qohumlar və dostlar Yeni il və Novruz bayramlarında tələbələri tətilə gözləyirlər.

Ölkənin bütün tələbələrinə students.az portalı uğurla sessiyanı başa vurmaq və yaxşı dincəlmək arzulayır. Ümid edirik ki, seçdiyiniz ixtisas sizə o qədər maraqlıdır ki, sessiya biliklərinizi nümayiş etdirmək üçün fürsətdir!

 

Comments (0)