Qəbul imtahanlarına hazırlıq

Qəbul imtahanlarına hazırlıq

Qəbul imtahanları yaxınlaşır, ixtisas seçmək vaxtıdır!


Qarşısına qoyduğu məqsədlərə çatmaq istəyən hər bir insan ali təhsil almağın vacibliyini anlayır. Bir çox tələbələrin alma-mater adlandırdığı doğma universitet  hər bir insana gələcək həyatında kömək olacaq qiymətsiz bilik qazandırır. Bakı abituriyentləri hələ məktəb vaxtlarından prestijli ali məktəbə daxil olmaq haqqında düşünürlər. Qəbul imtahanlarına ciddi hazırlaşmaq qəbul olmağın təminatıdır. Hazırlıqlara isə tez başlamaq lazımdır.

Məktəblilər vaxtında ixtisas və universitet seçimi etməlidirlər. Bu, bir neçə əsas fənni daha dərindən öyrənmək üçün zəruridir. Ali təhsil müəssisəsinin keçid ballarını əvvəlcədən öyrənmək, imtahanlara məsuliyyətlə hazırlaşmağa başlamaq lazımdır. Bir qayda olaraq abituriyent hazırlığı bir neçə üsulla aparıla bilər:

1) əsas fənlər üzrə məktəbdənkənar məşğələlərə getmək;

2) evdə sərbəst şəkildə hazırlaşmaq;

3) bilavasitə ali məktəblərdə abituriyentlər üçün təşkil edilmiş kurslara getmək;

4) repetitorla imtahanlara hazırlıq;

Ali məktəbə hazırlığın ən effektli növü repetitorla hazırlaşmaqdır, belə ki, müəllim abituriyentlə fərdi məşğul olur. Əgər sərbəst hazırlaşmaq gücünə maliksinizsə abituriyentlər üçün təşkil olunmuş kurslara yazıla bilərsiniz. Ali təhsil müəssisələrinin müəllim heyəti Sizə az müddətdə faydalı məlumatlar verə bilər. Evdə sərbəst şəkildə hazırlaşın: günümüzdə bir çox hazırlıq vəsaitləri çap edilir ki, bunlar ali məktəbə qəbula zəmanət vermir, lakin qəbul imtahanlarına hazırlaşmağa kömək edir. Test tapşırıqları üzərində işləyin və öz nəticələrinizi düzgün cavablarla müqayisə edin: hətta keçid balları çox yüksək olduğu halda öyrənməyə və səhvlərinizi düzəltməyə davam edin. Məhz belə etdikdə imtahanları uğurla verə bilərsiniz.

Comments (2)

  1. Guest
    Aa
  2. Guest
    Aa