Millinet mükafatı bizdə

Millinet mükafatı bizdə

19 dekabr Hilton oteldə Millinet milli internet mükafatının qaliblərinin mükafatlandırma mərasimi keçirildi. Layihəmiz "Elm və təhsil" nominasiyasında birinci yeri tutub.


19 dekabr Hilton oteldə Millinet milli internet mükafatının qaliblərinin mükafatlandırma mərasimi keçirildi. Layihəmiz "Elm və təhsil" nominasiyasında birinci yeri tutub. Bizim üçün bu sadəcə mükafat deyil. Bu mükafatlandırma onu göstərir ki, layihəmiz doğrudan da faydalıdır və Azərbaycanın şəbəkə seqmentinin inkişafına öz töhfəsini verir. 

Qeyd edə ki, müsabiqənin şərtlərinə görə ilk üçlüyə bu nominasiyada ən çox bal toplayan layihələr daxil edilir. Ballar ayrıca dizayn, məzmun, funksionallıq və proqramçı işinə görə təyin edilir. 

Birinci yer tutan layihələr kubok, diplom, həmçinin sponsorlardan hədiyyələr qazandılar: Azercell-dən 3G Max modem və nömrə, Sazz - 4G modem 

Layihə üzərində çalışan hər kəsə təşəkkür etmək istəyərdik, daha dəqiq desək Vadim Piskovoy -dizayn işinə görə, Seva Babazade kontentlə iş və Azərbaycan dilinə tərcüməyə görə, Svetlana İbrahimova sayt üçün maraqlı mətnlərin yazılmasına görə, Nərminə Xanməmmədova facebook sosial şəbəkəsində saytın səhifəsinin irəliləyişi və yenilənməsinə görə.

Cəmi 3 aydır ki, fəaliyyət göstəririk və başqalarının illərlə edə bilmədiyini həyata keçirmişik. Biz bununla kifayətlənməyəcəyik.

 

Comments (0)