Məktəb və universitetlərdə hansı gəlirli ixtisaslar öyrədilmir?

Məktəb və universitetlərdə hansı gəlirli ixtisaslar öyrədilmir?

Az diqqət yetirdiyimiz maraqlı peşələr var. Onların əsas üstünlüyü gəlirli peşələr olmağındadır. Lakin problem ondadır ki, belə lazımlı ixtisaslar məktəb və ya universitetlərdə öyrədilmir. Bunlar hansı ixtisaslardır və bu ixtisaslara harada yiyələnmək olar?


Az diqqət yetirdiyimiz maraqlı peşələr var. Onların əsas üstünlüyü gəlirli peşələr olmağındadır. Lakin problem ondadır ki, belə lazımlı ixtisaslar məktəb və ya universitetlərdə öyrədilmir. Bunlar hansı ixtisaslardır və bu ixtisaslara harada yiyələnmək olar?

Birjada treyder

Bu peşənin sahibi gəlirin artırılması məqsədi ilə birja ticarəti ilə məşğul olur. Ən əsası bazarın qabaqcadan proqnozlaşdırılmasıdır. Biznes fond birjasında qiymətli kağızlarla aparılan ticarətdən ibarətdir. Əlavə kurslar və onlayn dərslərin köməyi ilə bu sahə üzrə biliklər əldə etmək olar. Bu kurslar birja biznesində bilikləri mükəmməlləşdirməyə, həmçinin bu sahə üzrə əlavə biliklər qazanmağa kömək edir.

Istifadəçi interfeysi üzrə mütəxəssis

Bu peşə sahiblərinin vəzifələrinə istifadəçi interfeysinin dizaynının hazırlanması, dəstəyi və formalaşdırılması daxildir. Bu ixtisasa yiyələnmək çətindir, çünki proqramlaşdırma və dizayn üzrə başlanğıc biliklər olmalıdır. Bu sahə üzrə mütəxəssis olmağa kömək edəcək bir çox ədəbiyyat, həmçinin kurslar və dərslər mövcuddur. Lakin burada müştərilər üçün sifariş yerinə yetirmək, həmçinin stabil gəlir və karyera yüksəlişi təmin edəcək peşəkarlıq çox vacibdir.

Axtarış optimizasiyası üzrə və axtarış sistemlərində resursların irəlilədilməsi üzrə mütəxəssis

Bu sahə üzrə mütəxəssislər saytların seo-optimizasiyası ilə məşğul olur. İnternetin sürətli inkişafı ilə bu sahədə peşəkarlara tələbat artdı. Lakim problem ondadır ki, proqramlaşdırma ilə məşğul olan tələbələr, hətta Ali Məktəbi bitirdikdən sonra bu ixtisas üzrə bütün zəruri biliklərə yiyələnmiş olmur. Bu ixtisas gələcək üçün perspektivlidir. Lakin zəruri biliklərə yiyələnmək üçün peşəkar olmağa kömək edəcək ədəbiyyatlar və master klasslar mövcuddur.

Kopirayter –tədris edilməyən ixtisas

Kopirayterin vəzifələrinə sifarişçi üçün reklam məqaləsi yazmaq daxildir. Onun əsas vəzifəsi məlumat verilən məhsulun əldə etməyin zəruri olduğunu təbliğ edən mətn yazmaqdır. Belə fəaliyyətlə junalistlərin məşğul olmağı daha yaxşı olar. Lakin günümüzdə bu ixtisas kopiraytinq səhəsində peşəkarlığa zəmanət vermir. Kopiraytinq internetin digər sahələrinə keçid fəaliyyəti üçün başlanğıc ola bilər. Kopirayterlər üçün xüsusi kurs və məktəblər yaradılıb. Lakin ən əsası bu işlə məşğul olan adam savadlı olmalıdır, digər bacarıqlara işləyərək yiyələnmək mümkündür.

Rerayter –qazanc üçün yaxşı imkan

Rerayter internetdə mətnlə işləyir. İşin məqsədi mətnin mənasını saxlamaqla formasını dəyişməkdir. Bu, mətnin internetdə müəllifi göstərilmədən istifadə edilə bilməsi üçün edilir. Lakin başqa mətn əsasında mətn hazırlamaq üçün müəyyən rerayter bacarıqları olması zəruridir. Rerayterlər üçün bir çox kurs və məktəblər var, həmçinin treninq keçmək üçün bir çox proqramlar mövcuddur.

Bloqqer

Bu, ixtisas və qabiliyyətdir. Bloqqerin öz saytı olur və sayta mütəmadi olaraq yeni məlumatlar yerləşdirir. Əsas məsələ isə insanları bloqa cəlb etməkdir. Əsas gəlir reklam, keçid yerləşdirilməsindən və bloqa şirkətlərin sponsorluq etməsindən əldə edilir. Bloqqerlər öz bloqlarının mövzusunu nöqsansız bilməlidir. Bloqqer məlumatı kreativ şəkildə çatdırmağı bacarmalıdır. Bloqqerlər üçün çoxsaylı kurslar mövcuddur. Bu kurslarda onlara məlumatı düzgün və maraqlı çatdırmaq öyrədilir.

İnternet üçün zəruri olan perspektivli və yüksək gəlirli ixtisaslar mövcuddur. Lakin problem ondadır ki, məktəblərdə və universitetlərdə bu ixtisaslar öyrədilmir. Bu peşələrə insan özü yiyələnməlidir.

Comments (0)