Hansı universiteti seçmək lazımdır?

Hansı universiteti seçmək lazımdır?

Qəbul imtahanları vaxtında, əlbəttə ki, ali məktəb seçmək üçün gecdir. Bunu ən azı bir və ya iki il öncədən düşünmək lazımdır. Lakin yenə də sizi səhv seçim etməkdən çəkindirmək üçün bir neçə məsləhət vermək istəyirik.


Qəbul imtahanları vaxtında, əlbəttə ki, ali məktəb seçmək üçün gecdir. Bunu ən azı bir və ya iki il öncədən düşünmək lazımdır. Ciddi hazırlıq keçmədən tələbə adını qazanmaq çox çətindir. Lakin yenə də sizi səhv seçim etməkdən çəkindirmək üçün bir neçə məsləhət vermək istəyirik.

Yaxşı təhsil hər bir insanın uğurlu karyera yüksəlişi üçün tramplindir. Bilikdən əlavə prestijli ali məktəb diplomu müəyyən sosial status almaq üçün imkandır. Yaxşı, keyfiyyətli təhsil işıqlı gələcəyə açılan qapıdır.

Biz seçirik yoxsa bizim üçün seçirlər?

Bu və ya digər təhsil müəssisəsinin və ya ixtisasın seçimi necə aparılır? Təxminən belə:

Nə istədiyimi bilmirəm, lakin valideynlərim bu ali məktəbi məsləhət görür.
Nə istədiyimi bilirəm
Mənim üçün fərqi yoxdur, bircə diplom alım.
Maddi vəsait nəyə çatacaqsa onu seçəcəm.

Əlbəttə ki, siyahını davam etdirmək olar. Biz abituriyentlərin ixtisas və ali məktəb seçərkən əsaslandığı kreteriyaları sadaladıq.

Düzgün seçimi necə etməli?

Əvvəlcə peşə seçmək lazımdır. Əlbəttə prestijli, yüksək məvacibli və ürəyimizcə olan ixtisas seçimi etmək istəyirik. Əgər belə edirsinizsə, demək düzgün yoldasınız. Hansı ixtisası seçəcəyinizi müəyyənləşdirdinizsə, ali məktəbi seçməyə başlayın.

Əvvəlcə seçdiyiniz ixtisas üzrə fakültələrin hansı ali məktəbdə olduğunu öyrənin. Təəssüf ki, bir çox abituriyentlər axtarışları bu yerdə dayandırır. Qərara gəlirlər ki, təhsil almağa paytaxta -Bakıya gedəcəklər. Belə ki, valideynlərin himayəsi altından çıxmağı çoxdan arzulayırlar. Yaxud tərsinə, seçim zamanı evə yaxın olan ali məktəbdə dayanırlar. Düşünmək olar ki, ali məktəbin harada yerləşməsinin fərqi yoxdur? Amma belə düşünmək lazım deyil. Axı ixtisası bir illik deyil, bəlkə də, ömürlük seçirik. Bütün bunları bir çoxları təhsili başa vurduqdan sonra anlayır.

 Kadrlar çox vacibdir

Bu həqiqət ali məktəb seçimi zamanı təsdiqlənir. Professor -müəllim heyətinə diqqət yetirmək lazımdır. Neçə professor, dosent, elmlər doktoru və elmlər namizədi sizə dərs keçəcək. Təhsilin keyfiyyəti bütün bunlardan asılıdır. Bunu necə etməli? Sizi maraqlandıran ali məktəbin saytını tapın və kadrlar heyətinə baxın. Lakin yalnız rəsmi məlumatla kifayətlənməyin. Forumlara daxil olun və ali məktəblərin hazırkı tələbələrinin və məzunlarının rəylərini oxuyun. Utanmayın və təhsilin keyfiyyəti haqqıda, müəllimlərin dərsi necə aparmaları barədə suallar verin.

Maddi-texniki baza

Ali məktəbin maddi-texniki bazasına da diqqət yetirin: kitabxana, laboratoriya. Ədəbiyyatdan istifadə zamanı problemin olamaması üçün zəngin kitabxananın mövcudluğu çox vacibdir. Həmçinin başqa şəhərdən gələnlər üçün yataqxananın mövcud olub olmaması ilə maraqlanın. Yaşamaq üçü ev tutmaq lazımdırsa, bu da əlavə xərcdir.

Dövlət və ya özəl?

Azərbaycanda həm dövlət, həm də özəl ali məktəblərdə təhsil almaq imkanı var. Dövlət ali məktəblərində büdcə hesabına təhsil almaq imkanı var. Özəl ali məktəblərdə təhsil yalnız pulludur. Ona görə də qabaqcadan belə ali məktəbdə təhsilin neçəyə başa gələcəyini hesablamaq lazımdır. Əksər abituriyenlər yalnız dövlət ali məktəblərində təhsil almağa üstünlük verir və daha çox belə ali məktəblərə etibar edir. Lakin özəl ali məktəb pis demək deyil. Bir çox özəl ali məktəblər öz prestijlərini qaldırmaq üçün ən yaxşı mütəxəssisləri cəlb edir. Özəl ali məktəbləri seçərək onun yaradıldığı tarixə nəzər yetirin. Yaşı nə qədər çox olsa, o qədər yaxşıdır. Ali məktəbin akkreditasiyasının və qeydiyyatının mövcudluğunu yoxlayın ki, belə vacib sənədlərin yoxluğuna görə diplomsuz qalmayasınız.

Göründüyü kimi bir çox faktorları nəzərə almaq lazımdır. Əgər bütün bu sadalanlara əməl etsəniz seçiminizə görə peşman olmayacaqsınız.

Comments (3)

  1. Guest
    Guest 2 years ago
    Mühəndisliyi əsasən Bakı mühəndislik üniversitetində oxumaq necə bir fikirdir?
  2. Guest
    Guest a year ago
    Məhəmməg
  3. Guest
    Guest a year ago
    Nece yerdir bilen var