Dil öyrənirik

Dil öyrənirik

Hər kəs yeni xarici dil öyrənmək istəyir. Lakin gələcəkdə hansı dilin daha çox lazım olacağını bilmək çətindir.


Iyirmi il əvvəl bir və ya iki xarici dil bilən adam ətrafdakılarda qibtə hiss oyadırdı. Lakin günümüzdə bir neçə dil bilmək yalnız biznesmenlər və mütəxəssislər üçün deyil, həm də müxtəlif ölkələrdə dostları olan turistlər üçün artıq normal hesab olunur. Nə etməli, hansı dili öyrənməli –demək olar ki, bütün Bakı sakinlərinə məktəbdən məlum olan ingilis dilini, yoxsa çin heroqliflərini?

Students.az portalının analitik mərkəzi iş axtaran zaman, xarici ölkədə komfortlu istirahət zamanı və s. hansı xarici dilin daha aktual olması mövzusunda monitorinq keçirib.

İngilis dili gözlənildiyi kimi iş adamları üçün əsas ünsiyyət dili olmağa davam edir. Yüksək səviyyəli ingilis dili əsasən dəqiq elmlər sahəsində hər bir diplomlu mütəxəssis üçün vacib hesab olunur. Səyahət zamanı sərbəst ünsiyyət üçün bir çox ölkələrdə ingilis dilindən istifadə etmək mümkündür. İngilis dilini bildikdə sizi dünyanın hər yerində anlayacaqlar.

İkinci yerdə alman dili qərarlaşır. Öz işində texniki və iqtisadi terminlərdən istifadə edən mütəxəssislərdə alman dili, xüsusilə, yüksək qiymətləndirilir. Maşınqayırma sənayesi, tibbi texnologiya və hüquqi sahə üzrə yaxşı mütəxəssis yüksək səviyyəli alman dili bilikləri ilə, şübhəsiz ki, uğur qazanar.

Fransız dili bilikləri bir çox işə götürənlər tərəfinən yaxşı qarşılanır. Bu, ilk növbədə fransızların iş görüşləri zamanı, həmçinin çoxsaylı turistlərlə ünsiyyət zamanı doğma dildə danışmağa üstünlük verməsi ilə əlaqədardır. Lakin fransızların əksəriyyəti ingilis dilini gözəl bilir.

İspan dili hələ ki, ilk üçlüyə daxil deyil, lakin məlum məsələdir ki, yaxın gələcəkdə daha populyar olacaq. Axı demoqrafik vəziyyət ilk növbədə bu və ya digər dilin yayılmasına təsir edir və Latın Amerika xalqlarının artımı göz qabağındadır.

Elə bu səbəbdən Çinin rəsmi dili olan Şimali Çin (mandarin) dili  artıq çoxdan dünyanın əksər sakinlərinin doğma dilidir. Bununla əlaqədar olaraq bəzi ölkələrin (Böyük Britaniya, Belorusiya) təhsil müəssisələrində çin dili tədris edilir.

Yaponiyada müasir texnologiyanın sürətli inkişafı nəticəsində yapon dili də dünyanın ən çox istifadə olunan dillərindən birinə çevrilib.  

Son illər turizmin inkişafı ilə əlaqədar olaraq Avropada böyük populyarlıq qazanan türk dilini bilmək də mütəxəssisin üstün cəhətlərindən hesab olunur. Digər MDB ölkələrinin sakinləri ilə müqayisədə Azərbaycan sakinləri üçün türk dilini öyrənmək daha asandır.

Comments (1)

  1. Guest
    Guest 4 years ago
    Yəni qəşəng məlumatdı