13 mart tarixində Xəzər Universitetində “webtəhsil” konfransı keçirilib. Konfrans Microsoft Azərbaycan, IREX Azərbaycan, Təhsil Nazirliyinin “Elekton Təhsil” Respublika müsabiqəsi, Mədəd Azərbaycan, Azərbaycan İnternet Forumunun dəstəyi ilə “Youth Network of Azerbaijan” Gənclər Təşkilatı tərəfindən keçirilib. Konfransın keçirilməsində məqsəd Azərbaycan təhsil sistemində internet resurslarından və internetin yaratdığı digər imkanlardan istifadə olunmasına təkan vermək, yeni texnologiyların təhsildə tətbiq olunması məsələsini gündəmə gətirmək məqsədi ilə təşkil olunub.

Konfrans Xəzər Universitetinin ictimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəylinin çıxışı ilə başlanıb. Daha sonra layihənin baş sponsoru Azedunet şirkətinin marketinq direktoru Elmira Abbasova çıxış edib. Son olaraq isə layihə koordinatoru və YNA təsisçisi Elgün Yusifbəyli çıxış edərək konfransın təşkil olunmasındaki əsas məqsədləri vurğulayıb.
Açılış çıxışlarından sonra ilk panel başlanıb. Paneldə Azərbaycan internet məkanında ana dilimizdə olan təhsil resurslarının bugünkü vəziyyəti, həmin resursların artırılması istiqamətində görüləcək işlər haqqında müzakirələr aparılıb. Gənclərin Səsi Radiosu layihəsinin rəhbəri Azər Nəzərov panelə moderatorluq edib. Panel bir saatdan çox olaraq davam edib. Daha sonra çay fasiləsi elan edilib.
İkinci paneldə isə təhsil sistemimizə yeni texnologiyaların inteqrasiya olunması, inteqrasiya mərhələsində yaranan problemlər, həlli yolları haqqında diskussiya aparılıb. İkinci panelə Sahil IT şirkətinin rəhbəri Vahid Qasımov moderatorluq edib. Bir saatdan çox davam edən paneldə tələbələrin suallarına aydınlıq gətirilib. Daha sonra çay fasiləsi elan edibilib.
Sonuncu paneldə auditoriyadan seçilən, müxtəlif universitetlərdə, müxtəlif ixitasaslarda təhsil alan beş tələbə səhnəyə dəvət olunaraq diskussiya aparılıb. Tələbələr öz problemlərini dilə gətiriblər. Panel otuz dəqiqə davam edib. Gənclərin Səsi Radiosu layihə rəhbəri Azər Nəzərov panelə moderatorluq edib.
Comments (0)