Azərbaycanda hansı yaradıcı peşələrə ehtiyac duyulur

Azərbaycanda hansı yaradıcı peşələrə ehtiyac duyulur

Portalımız əmək bazarında xüsusi tədqiqatlar apardı


Hər kəsi müasir texnologiyanın, kompyuterin cəlb etdiyi bir dövrdə yaşamağımıza baxmayaraq, yaradıcı peşələrə tələbat kifayət qədərdir. İşçi seçimi üzrə yerli resurslarda monitorinq apararaq Azərbaycanda ən çox tələbat olan peşələrinin reytiniqini tərtib etdik:

Beləliklə, birinci yerdə "Dizayner" sənəti dayanır. Bu, əmək bazarında ən çox tələb olunan peşədir. Bu vəzifədə çalışmaq üçün Photoshop, 3D Max, VRay, Corel Draw kimi proqramları bilmək zəruridir. Həmçinin landşaft dizayneri və interyer dizaynerinə olan ehtiyac kifayət qədər hiss olunur. Azərbaycanda dizaynerlərin əmək haqqı təşkilatdan və təcrübədən asılı olaraq 300-1200 manat arasında dəyişir.

İkinci yerdə müğənnilik dayanır. Bu sənət sahiblərinə, əsasən, banket və toyların təşkili ilə məşğul olan restoran və şadlıq saraylarında ehtiyac duyulur. Qonorar peşəkarlıq və populyarlıqdan asılı olaraq 500 manatdan başlayır.

Üçüncü yeri isə "vizajistlər" və "saç ustaları" tutur. Bu peşə sahiblərinə tələbat mütəmadi olaraq artır. Əsasən orijinal saç düzümləri edə bilən qadın saç ustalarına ehtiyac duyulur. Orta əmək haqqı 250-400 manatdır. 

Dördüncü yerdə "geyim üzrə modelyer rəssam" sənəti dayanır. Bu sənət sahiblərinin orta əmək haqqı 400 manatdır.

Reytinq üzrə beşinci yerdə rəssamlardır. Qrafiki işlərin daha çox kompyuterlə həyata keçirilməsinə baxmayaraq, heç nə divar naxışları, dekorativ qab-qacaq vitrini və s. çəkən rəssamları əvəz edə bilməz. 

Sonuncu, altıncı yer fotoqrafların payına düşür. Hal-hazırda fotoqraf tapmaq mağazadan çörək almaq qədər asandır. Fotosessiyadan əldə edilən qonorar avadanlıq, populyarlıq və işin keyfiyyətindən asılı olaraq 50-2000 manat arasında dəyişir.

 

 

 

Comments (1)

  1. Guest
    Guest 4 years ago
    m