Universitet xəbərləri

Lomonosov adına MDU-nin Bakı filialına magistraturaya qəbul imtahanları başa çatıb

28 İyun 2013 16:58

Lomonosov adına MDU-nin Bakı filialına magistraturaya qəbul imtahanları başa çatıb. İlk dəfə olaraq imtahanlar yeni korpusun tələbə kampusunda, geniş auditoriyalarda keçirilib. Artıq iki ildir ki, filialın üç fakültəsində magistratura bölməsi mövcuddur: filologiya, kimya və tətbiqi riyaziyyat.

Məktəblilər arasında 47-ci Beynəlxalq Mendeleyev olimpiadasının nəticələri

10 May 2013 03:18

24-30 aprel 2013-cü il Özbəkistan Respublikasının paytaxtı Daşkənddə məktəblilər arasında 47-ci Beynəlxalq Mendeleyev olimpiadası keçirilmişdir. Olimpiadada 18 ölkədən 118 yuxarı sinif şagirdləri iştirak etmişdir: Azərbaycan, Belarusiya, Bolqariya, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Makedoniya, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Türkiyə, Özbəkistan, Ukrayna, Səudiyyə Ərəbistanı və Estoniya.

MDU-nun Bakı filialının tələbələri birinci Beynəlxalq psixoloji universitetlərarası yarışda

2 May 2013 11:45

2013-cü il 11 mart tarixindən 30 aprel tarixinədək Lomonosov adına Moskva Dövlət Universitetinin psixologiya fakultəsində tələbələr üçün birinci Beynəlxalq universitetlərarası psixoloji yarış keçirilib.
Universiada 3 mərhələdə keçirilib. Qiyabi tur 2013-cü il 11 martdan 25 marta qədər baş tutub. Qiyabi tur ərzində Beynəlxalq psixoloji yarış iştirakçıları maraqlı və kreativ məsələləri yerinə yetirməli olublar. Qiyabi turun ən yaxşı iştirakçıları Yarışın əyani turunda iştirak etmişlər.

    Universitetin menyu