Universitet xəbərləri

ABŞ-da Xəzər Universitetinin əməkdaşının redaktorluğu ilə ingilis dilində kitab çap olunub

19 İyun 2013 15:05

“Assa-İrada” informasiya agentliyinin direktoru, jurnalist, şərqşünas və yazıçı, filologiya üzrə fəlsəfə doktoru Fazil Güneyin “Yalanın gerçəkliyi” adlı kitabı ABŞ-da ingilis dilində çap olunmuşdur.

Xəzər Univesitetinin 7 tələbəsi Mərkəzi Bankda internatura keçməyə layiq görülmüşdür

12 İyun 2013 11:16

Artıq bir neçə ildir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən universitet tələbələri və məzunları üçün "İnternatura" proqramı həyata keçirilir. 

“Dəyər zənciri: hasilatdan dayanıqlı inkişafa doğru” mövzusunda təlim

12 Mart 2013 09:48

Xəzər Universiteti Avrasiya Bilik Mərkəzi universitetdə “Dəyər zənciri: hasilatdan dayanıqlı inkişafa doğru” mövzusunda növbəti təlimini keçirib. Altı ölkənin – Azərbaycan, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Monqolustanın 20-yə yaxın vətəndaş cəmiyyəti üzvləri, media mənsubları, dövlət qurumları və universitet təmsilçilərinin iştirak etdiyi təlimin açılışında mərkəzin direktoru İnqilab Əhmədov çıxış edib.

Xəzər Universitetində Tempus məlumat günü

4 Dekabr 2012 03:28

Dekabrın 3-də Xəzər Universitetində Tempus məlumat günü keçirildi. Tədbirdə Avropa Birliyinin Azərbaycan üzrə nümayəndəliyinin səfiri Roland Kobia, Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin, Təhsil Nazirliyinin, Bakı şəhərində yerləşən əksər universitetlərin, eləcə də Gəncə və Naxçıvan dövlət universitetlərinin əməkdaşları, media nümayəndələri iştirak edirdilər.

Azercell-in Tələbə Təqaüd proqramının təqdimatı

24 Oktyabr 2012 10:50

Xəzər Universiteti Tələbə işləri və karyera inkişaf mərkəzinin təşkilatçılığı ilə universitetin Mərkəz kampusunda İqtisadiyyat və menecment fakültəsinin tələbələri üçün Azercell şirkətinin Tələbə Təqaüd Proqramının təqdimatı keçirildi.

Xəzər universitetində "Şəxsi və professional inkişaf proqramı” mövzusunda söhbət aparılmışdır

24 Sentyabr 2012 02:25

Xəzər Universiteti Tələbə işləri və Karyera inkişaf mərkəzinin təşkilatçılığı ilə “Xaricdə Təhsil Alan və Məzun olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu" İctimai Birliyinin sədri Ramin Həkimov sentyabrın 20-də Xəzər Universitetində təhsil alan müxtəlif ixtisaslı tələbələrlə “Şəxsi və professional inkişaf proqramı” mövzusunda söhbət apardı.