Universitet xəbərləri

ADU qalib oldu

11 Dekabr 2012 08:31

Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatının nəzdində “ADU Debat klubu” daxili turniri uğurla başa vurduqdan sonra Azərbaycan və Rus bölmələri üzrə 5 komanda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi tərəfindən təşkil olunan "Respublika Gənclər Debat Forumu - 2012/13 " çərçivəsində həyata keçirilən Bakı Gənclər Debat Forumu - Payız 2012-də universiteti təmsil edib.

BDU rektoru Kuba yeni səfirini qəbul edib

5 Dekabr 2012 03:40

Bu gün BDU-nun rektoru, akademik Abel Məhərrəmov Kubanın Azərbaycana yeni təyin olunmuş səfiri Omar Senon Medina Kinteronu qəbul edib. Yeni səfirin fəaliyyətinin iki ölkə arasındakı əlaqələrin daha da inkişafına töhfə verəcəyinə əmin olduğunu bildirən rektor, ona fəaliyyətində uğurlar arzulayıb.

Xəzər Universitetində Tempus məlumat günü

4 Dekabr 2012 03:28

Dekabrın 3-də Xəzər Universitetində Tempus məlumat günü keçirildi. Tədbirdə Avropa Birliyinin Azərbaycan üzrə nümayəndəliyinin səfiri Roland Kobia, Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin, Təhsil Nazirliyinin, Bakı şəhərində yerləşən əksər universitetlərin, eləcə də Gəncə və Naxçıvan dövlət universitetlərinin əməkdaşları, media nümayəndələri iştirak edirdilər.

ADİU-da Karyera Günləri davam edir

30 Noyabr 2012 11:53

29-30 noyabr 2012-ci il tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetində “Karyera Günləri” keçirilmişdir. Tədbirin keçirilməsində əsas məqsəd tələbə və magistrləri universitetdə keçirilən karyera layihələri ilə tanış etmək, eləcə də karyera inkişafı ilə əlaqədar mütəxəssislər tərəfindən iştirakçılara dəyərli məsləhətlərin verilməsidir.

Elmi Şurada təbrik

29 Noyabr 2012 11:28

ADİU-nun Maliyyə və Beynəlxalq iqtisadi münasibətlər fakültələrinin III kurs əyani şöbəsinin tələbələri yay istehsalat təcrübəsini Rusiya Fedrasiyasının Sankt-Petereburq Əmanət Bankında, Azərbaycan Beynalxalq Bankının Sankt-Peterburq və Moskva filiallarında keçmişlər.

ADU-da beynəlxalq elmi konfrans öz işinə başladı

28 Noyabr 2012 10:39

Noyabrın 27- də Azərbaycan Dillər Universitetində (ADU) universitetin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İ. Nəsimi adına Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə “Tətbiqi dilçiliyin müasir problemləri” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başladı. Universitetin akt zalında öz işinə başlayan Respublika konfransının plenar iclası Azərbaycanın Dövlət Himni ilə başladı.

BDU tələbələri alman dilini öyrənir

27 Noyabr 2012 12:33

26 noyabr Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Almaniyanın Vürçburq Universitetinin prorektoru, professor Ekard Paxeni qəbul edib.

ADİU-da "Biznes inzibatçılığı və korporativ sosial məsuliyyət” beynəlxalq elmi konfransı keçirildi

26 Noyabr 2012 05:04

Konfransda 30-a yaxın ölkədən 150 professor, elm xadimləri, tədqiqatçılar, o cümlədən universitet rektorları və Azərbaycanda akkreditə olunmuş bir sıra ölkələrin səfirləri iştirak etmişlər. 

Çingiz Abdullayev biologiya fakültəsinin professor-müəllim və tələbə heyəti ilə görüşüb

22 Noyabr 2012 04:36

Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı-publisist Çingiz Abdullayev Bakı Dövlət Universitetinin biologiya fakültəsinin professor-müəllim və tələbə heyəti ilə görüş keçirib.

Neft Akademiyası Cənubi Afrika Respublikası üçün mütəxəssislər hazırlayacaq

15 Noyabr 2012 02:31

Noyabrın 15-də Azərbaycan Dövlət Neft Akademiyasında Cənubi Afrika Respublikasını (CAR) təmsil edən dövlət və hökümət rəsmilərindən ibarət nümayəndə heyəti ilə görüş keçirildi.

Təhsil müəssisəsi

Sumqayıt Dövlət Universiteti

Universitetdə 21 ixtisas üzrə 4000-dək tələbə bakalavr pilləsində, 42 ixtisas üzrə 250-dək tələbə magistraturada təhsil alır.На 7 факультетах, 46 кафедрах университета работают 5 член-корреспондентов НАНА, 40 профессоров и докторов наук, 140 доцентов и кандидатов наук, 200 старших преподавателей и ассистентов... daha ətraflı