Universitet xəbərləri

İSİM və Qafqaz Universiteti birgə konfrans keçiriblər

10 Aprel 2013 12:20

Bakıda İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM), Qafqaz Universiteti və Konrad Adenauer Fondunun təşkilatçılığı ilə “Sosial bazar iqtisadiyyatı üçün siyasət seçimləri: yerli və beynəlxalq perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib.

Ankara Universitetinin nümayəndə heyəti BDU-da olub

2 Aprel 2013 05:27

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Ankara Universitetinin rektoru, professor, doktor Erkan İbişin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə rektor Abel Məhərrəmov BDU-nun Türkiyənin ali təhsil ocaqları ilə əməkdaşlığa xüsusi əhəmiyyət verməsindən, universitetlərin daha sıx və səmərəli fəaliyyət göstərmələri üçün birgə proqram və layihələrdən danışıb. Rektor BDU və Ankara Universiteti arasında ikili diplomlar, tələbə-müəllim mübadiləsi və digər məsələlərdən də bəhs edib.

Bakı Dövlət Universitetində Gənc Alimlər Şurası yaradılıb

28 Mart 2013 03:12

Bakı Dövlət Universitetində gənc alim və tədqiqatçıların elmi fəaliyyətə cəlb edilməsi, onların elmi və peşəkarlıq səviyyələrinin yüksəldilməsi, aktual elmi problemlərin işlənilməsi və prioritet elmi məsələlərin həlli üçün səylərinin birləşdirilməsi, gənc alimlərin innovasiya fəaliyyətlərinin inkişaf etdirilməsi və yaradıcılıq imkanlarının tam reallaşdırılmasına kömək edilməsi üçün universitetin Gənc Alimlər Şurası yaradılıb və BDU Elmi Şurasının qərarı ilə Şuranın Əsasnaməsi qəbul edilib.

Qafqaz Universiteti Türkiyədə texnoparkların fəaliyyəti ilə tanış olur

12 Mart 2013 09:55

Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniçin rəhbərliyi ilə nümayəndə heyəti Türkiyədə işgüzar səfərdədir. Səfərin məqsədi Türkiyə Cümhuriyyətində texnoparkların fəaliyyəti ilə tanış olmaqdır. İşgüzar səfər "QUTECHNOPARK"-da (Qafqaz Universiteti Texnoparkı) fəaliyyət göstərən şirkətlərin idarəçiləri ilə birgə həyata keçirilir.

“Dəyər zənciri: hasilatdan dayanıqlı inkişafa doğru” mövzusunda təlim

12 Mart 2013 09:48

Xəzər Universiteti Avrasiya Bilik Mərkəzi universitetdə “Dəyər zənciri: hasilatdan dayanıqlı inkişafa doğru” mövzusunda növbəti təlimini keçirib. Altı ölkənin – Azərbaycan, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Monqolustanın 20-yə yaxın vətəndaş cəmiyyəti üzvləri, media mənsubları, dövlət qurumları və universitet təmsilçilərinin iştirak etdiyi təlimin açılışında mərkəzin direktoru İnqilab Əhmədov çıxış edib.

ADİU Karyera Mərkəzində Ernst and Young Şirkəti tərəfindən təqdimat keçirildi

12 Mart 2013 09:42

11 mart 2013-cü il tarixində Karyera Mərkəzində Ernst and Young Şirkətinin əməkdaşları tərəfindən təqdimat keçirilmişdir. Təqdimat zamanı tələbələrə şirkətin dünyada və Azərbaycandakı fəaliyyəti, karyera imkanları və vakansiyalar haqqında geniş məlumat verilmişdir. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

ADİU-da əl işləri sərgisi keçirildi

6 Mart 2013 04:41

5 mart 2013-cü ildə ADİU-da universitet əməkdaşlarımızın əl işlərindən ibarət növbəti sərgi keçirildi. 3 ildir ki, hər il ənənəvi olaraq ADİU-da çalışan xanım əməkdaşlarının əl işləri sərgisi keçirilir. Bu ilki sərgi ümummilli liderimiz Heydər Əliyevin 90-cı ildöünümünə həsr olunmuşdur. Sərgidə nümayiş etdirilən maraqlı əl işləri bizim milli mədəniyyətimizin kiçik parçası olaraq böyük zəhmət nəticəsində hazırlanmışdı.

 

BDU alimləri İsveçrədə dünyanın yaranma proseslərini və onu idarə edən qanunları araşdıracaqlar

6 Mart 2013 04:37

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun təşəbbüsu ilə universitetin fizika fakültəsində yaradılmış alimlər qrupu CERN‐də (Avropanın Nüvə Tədqiqatları Mərkəzi, İsvecrə) keçirələcək NA61/SHINE təcrübəsində iştirak edəcək.

Səfir İsmayıl Alper Coşkun BDU-da olub

1 Mart 2013 07:06

Dünən BDU-nun rektoru, akademik Abel Məhərrəmov Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alper Coşkunu qəbul edib. Görüşdə yaxın vaxtlarda BDU-da açılacaq Yunus Emre Türk Mədəniyyət Mərkəzinin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

ADU-da Çin Yeni ili qarşılandı

21 Fevral 2013 09:09

Fevralın 20-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin tələbələrinin iştirakı ilə Çinin Yeni il bayramı keçirildi. Tədbirdən öncə ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xun Tsyuin ilə görüşdü. Görüşdə Çinşünaslıq ixtisasının fəaliyyətə başlaması, Çin dilinin tədrisi, tələbə-müəllim mübadiləsi barədə fikirlərini bölüşdülər.

Təhsil müəssisəsi

Bakı Ali Neft Məktəbi

Bakı Ali Neft Məktəbi
29 noyabr 2011-ci il Azərbaycanın prezidenti Ilham Əliyevin göstərişi ilə Bakı Ali Neft Məktəbi yaradıldı. Ali Neft Məktəbinin yaradılmasında məqsəd neft sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasıdır. Məktəbin qarşısına qoyduğu məqsədə tez və uğurla çatması üçün "Heriot-Watt" universiteti ilə razılıq imzalanıb... daha ətraflı