Universitet xəbərləri

ADU-da Ümummilli liderin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş tədbir keçirildi

23 Aprel 2013 04:24

Aprelin 23-də Azərbaycan Dillər Universitetində (ADU) Ümummillil lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş tədbir keçirildi. Pedaqoji və Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültələrinin təşkilatçılığı ilə keçirilən tədbirdə Tədris işləri üzrə prorektor, professor Natiq Yusifov, Elmi işlər üzrə prorektor, professor Dünyamin Yunusov, fakültə dekanları, kafedra müdirləri və tələbələr iştirak edirdi.

ADİU-da xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilidi

18 Aprel 2013 02:19

17 aprel 2013-cü il tarixində ADİU-nun Böyük Akt zalında Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı, hüquq elmləri doktoru Çingiz Abdullayev ilə görüş keçirilidi.

İndoneziya Respublikasının nümayəndələr Palatasının sədri ADU-da

18 Aprel 2013 02:16

Aprelin 17-da Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov İndoneziya Respublikasının Nümayəndələr Palatasının sədri Marzuki Alienin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi. Rektor Səməd Seyidov qonaqları salamlayaraq onları ADU-da görməkdən məmnun olduğunu bildirdi. O, Azərbaycanda İndoneziya Mərkəzinin məhz Dillər Universitetində olduğunu qonaqların diqqətinə çatdırdı.

ADU-da Tələbə Elmi Cəmiyyətinin illik konfransı başladı

18 Aprel 2013 02:11

Aprel 17-də Azərbaycan Dillər Universitetində (ADU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90ci ildönümünə həsr edilmiş Tələbə Elmi Cəmiyyətinin (TEC) ənənəvi illik konfransı öz işinə başladı. Konfransda giriş sözü ilə çıxış edən ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov rəhbərlik etdiyi ali təhsil ocağının hərtərəfli inkişafından danışaraq bu işdə tələbələrin böyük rolunun olduğunu vurğuladı. Universitetdə aparılan islahatlardan söz açan rektor Səməd Seyidov bildirdi ki, yaxınlarda ADU-da Çin Mərkəzi fəaliyyətə başlayacaq. S. Seyidov bu mütərəqqi addımların tədris prosesinin səviyyəsinin artırılmasına xidmət etdiyini bildirdi.

ADİU-da Elmi-Praktiki konfrans keçirildi

17 Aprel 2013 12:34

16 aprel 2013-cü il tarixində ADİU-da Professor-müəllim heyətinin 2012-ci il elmi-tədqiqat işlərinin yekunlarına həsr edilmiş Elmi-Praktiki KONFRANS keçirildi.
Konfransı giriş sözü ilə universitetin rektoru professor Şəmsəddin Hacıyev açaraq son illər universitetdə keçirilən islahatlar haqqında geniş məlumat verdi. O, qeyd etdi ki, təhsilin keyfiyyətində əldə olunmuş nailiyyətlərlə yanaşı universitetimizdə elm sahəsində də müsbət dəyişikliklər baş vermişdir. Belə ki, son dövrlərdə elmi-tədqiqat işlərinin aktuallığına, yeniliyinə, praktiki əhəmiyyətinə xüsusi önəm verilib və onların nəticələri tədris prosesində geniş tətbiq olunur. Xüsusilə qeyd etmək lazımdır ki, müəllimlərin elmi həvəslərini stimullaşdırmaq məqsədilə müxtəlif mükafat formaları tətbiq olunmuşdur.

Bakı Slavyan Universitetində MDB, Baltikyanı ölkələr və Gürcüstan tələbələrinin Beynəlxalq Forumu keçirilir

16 Aprel 2013 03:55

Bakı Slavyan Universiteti Müstəqil Dövlətlər Birliyi iştirakçı ölkələri Dövlətlərarası humanitar əməkdaşlıq Fondunun (DHƏF) dəstəyi ilə 2013-cü ilin 14-18 aprelində MDB, Baltikyanı ölkələr və Gürcüstan tələbələrinin “Sülh göyərçinləri” Beynəlxalq Forumunun keçirilir.

Slovakiyanın Sladkovikovo Universitetinin rektoru ADİU-da olmuşdur

16 Aprel 2013 03:25

15 aprel 2013-cü il tarixində ADİU-nun rektoru professor Şəmsəddin Hacıyev Slovakiya nümayəndə heyətini qəbul etmiş və nümayəndə heyəti tərkibində Slovakiyanın Vysoka Skola v Sladkovicove Universiteti (VSS) rektoru və Slovakiya parlamentinin Elm və Təhsil Komitəsinin sədri professor Mojmir Mamajka ilə görüşmüşdür. Görüşdə həmçinin Azərbaycanın Bratislavdakı konsulluq nümayəndəsi Cəlal Qasımov, həmin universitetin prorektoru professor Miroslav Danis və rektorun köməkçisi Dominika Fifikova iştirak etmişlər.

ADU-da “Afaq Məsud yaradıcılığı intermediallıq kontekstində” mövzusunda tədbir keçirildi

15 Aprel 2013 01:46

Aprelin 13-də Azərbaycan Dillər Universitetində “Afaq Məsud yaradıcılığı intermediallıq kontekstində” mövzusunda tədbir keçirildi. Tədbirdə ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov, yazıçı, dramaturq, əməkdar incəsənət xadimi, Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktoru Afaq Məsud, universitetin Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev, Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı, dosent Məcid Əliyev, Filologiya və Jurnalistika fakültəsinin dekanı, professor Sevda Vahabova və universitetin professor- müəllim və tələbə heyəti iştirak edirdi.

Futbol yarışının açılış mərasimi keçirilib

15 Aprel 2013 01:43

Bu gün Bakı Dövlət Universitetindəümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə universitetin 17 fakültəsi və xarici tələbələrdən ibarət bir komandanın iştirakı ilə futbol yarışının açılış mərasimi keçirilib. Mərasimdə çıxış edən universitetin rektoru, akademik Abel Məhərrəmov təbriklərini çatdırıb. Bildirib ki, bu gün Bakı Dövlət Universitetinin start verilən futbol turniri may ayının əvvəllərində yekunlaşacaq və qaliblərə qiymətli hədiyyələr veriləcəkdir.

Qlazqo Universitetinin nümayəndə heyəti ADU-da

11 Aprel 2013 03:27

Aprelin 11-də Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Qlazqo Universitetinin Pedaqogika, İnnovasiya və Siyasət kafedrasının professoru və Avrasiya və Cənubi Asiya üzrə beynəlxalq şöbənin dekanı Vivienne Baumfildin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

Təhsil müəssisəsi

Xəzər Universiteti

Xəzər Universiteti
Xəzər Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 mart 1991-ci ildə ölkədə beynəlxalq tələblərə cavab verən və ingilis dilli peşəkar kadrların hazırlanması məqsədi ilə yaradılmışdır. Universitetin fəaliyyəti dövründə aparılan müxtəlif jurnal və televiziya müsahibələri, tələbə və mütəxəssislərin müsahibələri, qeyri-hökümət təşkilatlarının araşdırmaları, beynəlxalq qiymətləndirmə komitələri, beynəlxalq şirkətlərin təhlilləri Xəzər universitetini Qafqaz, Orta Asiya, Yaxın Şərq və Qəri Avropada Azərbaycanın ən yaxşı ali təhsil müəssisəsi elan etdi... daha ətraflı