Universitet xəbərləri

Naxçıvan Dövlət Universitetində bilik yarışması

23 May 2013 02:57

Naxçıvan Dövlət Universitetində Nə?, harada?, nə zaman? bilik yarışması üzrə II Azərbaycan Çempionatının regional seçim turu keçirildi. Seçim turunda universitetin 6 komandası iştirak edirdi. Seçim turunda məqsəd NDU-nun ən yüksək nəticə göstərən komandasının çempionatın finalına seçilməsi idi.

ADU-da “21 May-Dialoq və inkişaf naminə ümumdünya mədəni müxtəliflik günü”nə həsr olunmuş tədbir keçirildi

22 May 2013 04:54

Mayın 21-də Azərbaycan Dillər Universitetində ADU-nun İnformasiya Resurs Kompleksi və BMT-nin Bakıdakı nümayəndəliyinin birgə təşkil etdiyi “21 May-Dialoq və inkişaf naminə ümumdünya mədəni müxtəliflik günü”nə həsr olunmuş tədbir keçirildi.

BDU-nun Rus Mərkəzində Slavyan yazısı və mədəniyyəti Günü

22 May 2013 10:02

Bakı Dövlət Universitetinin Rus mərkəzində Slavyan yazısı Günü keçirilib.BDU-nun Rus Mərkəzinin rəhbəri görüşün iştirakçılarını Slavyan ədəbiyyatı və mədəniyyəti Günü münasibətilə təbrik edib və salamlayıb. A.S.Məmmədova cəmiyyətin rus dilinə xüsusi münasibətini qeyd edib. Kiril və Mefodinin yaratdığı əlifba yazı və mədəniyyətin əsasını təşkil edərək maariflənməyə yol açmış, yalnız slavyan xalqlarının deyil, bütün xalqların dünyasını zənginləşdirmişdir.

Azərbaycan Dillər Universitetinin (ADU) rektorunun kitabı dünyanın 100 bestselleri siyahısına düşdü

15 May 2013 11:42

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun “Yaradıcılığın fenomenologiyası: tarix, paradokslar, şəxsiyyət”(Phenomenology of Creativity: "History", "Paradoxes", "Personality")  kitabı dünyanın məşhur “amazon.com” saytında ən çox maraq göstərilən 100 ən yaxşı əsər siyahısına düşüb. 100 bestseller arasında ön yerlərdən birini tutan kitab dünya üzrə 100 ən yaxşı əsərin içərisində qərarlaşıb.

ADİU-nun BİM fakultəsinin təşkilatçılığı ilə beynəlxalq konfrans keçirilmişdir

14 May 2013 11:06

ADİU-nun rektoru, professor Şəmsəddin Hacıyev açılış nitqində konfransın iki qardaş ölkə arasındakı hərtərəfli münasibətlərin inkişafına töhfə olacağını bildirmiş O, Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Alper Coşkunu, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirinin müavini cənab Niyazi Səfərovu, Şimali Kipr Türk Cümhuriyyətinin Bakı Təmsilçisi cənab Sadettin Topukçunu, Türkiyə Cümhuriyyəti İqtisadiyyat Nazirinin müşaviri cənab Gazi Bilgini və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Aparatının rəhbəri cənab Samir Vəliyevi konfrans iştirakçılarına təqdim etmişdir. Professor Ş.Hacıyev Azərbaycanla Türkiyə arasındakı dostluq münasibətlərinin Ümummilli Lider Heydər Əliyev və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk tərəfindən irəli sürülmüş prinsiplərə əsaslandığını qeyd etmişdir.

Məktəblilər arasında 47-ci Beynəlxalq Mendeleyev olimpiadasının nəticələri

10 May 2013 03:18

24-30 aprel 2013-cü il Özbəkistan Respublikasının paytaxtı Daşkənddə məktəblilər arasında 47-ci Beynəlxalq Mendeleyev olimpiadası keçirilmişdir. Olimpiadada 18 ölkədən 118 yuxarı sinif şagirdləri iştirak etmişdir: Azərbaycan, Belarusiya, Bolqariya, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Makedoniya, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Türkiyə, Özbəkistan, Ukrayna, Səudiyyə Ərəbistanı və Estoniya.

AzTU-da Qızıl Aypara Cəmiyyətinin yubileyi münasibəti ilə cəmiyyətin nümayəndələrinin tələbələrlə ilə görüşü keçirildi

8 May 2013 12:13

Mayın 6-da Azərbaycan Texniki Universitetinin “Rus dili və pedaqogika” kafedrasının nəzdində yaradılan “Maraqlı görüşlər” klubunun təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi və Ümumdünya Qızıl Xaç və Qızıl Aypara hərəkatının yaradılmasının 150 illiyinə həsr olunmuş tədbir AzTU-nun böyük akt zalında keçirilmişdir.

MDU-nun Bakı filialının tələbələri birinci Beynəlxalq psixoloji universitetlərarası yarışda

2 May 2013 11:45

2013-cü il 11 mart tarixindən 30 aprel tarixinədək Lomonosov adına Moskva Dövlət Universitetinin psixologiya fakultəsində tələbələr üçün birinci Beynəlxalq universitetlərarası psixoloji yarış keçirilib.
Universiada 3 mərhələdə keçirilib. Qiyabi tur 2013-cü il 11 martdan 25 marta qədər baş tutub. Qiyabi tur ərzində Beynəlxalq psixoloji yarış iştirakçıları maraqlı və kreativ məsələləri yerinə yetirməli olublar. Qiyabi turun ən yaxşı iştirakçıları Yarışın əyani turunda iştirak etmişlər.

"Heydər Əliyev – 90" adlı elmi-praktiki konfrans keçirilmişdir

30 Aprel 2013 04:41

Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “Heydər Əliyev – 90” adlı elmi-praktiki konfrans keçirilmişdir. Plenar iclası giriş sözü ilə açan fakültənin dekanı, professor Zeynal Həsənalıyev elmi-praktik konfransın əhəmiyyətindən və ulu öndərin tarixi xidmətlərindən danışmışdır. Sonra kafedra müdirləri, professorlar – Agalar Abbasbəyli, Amil Məhərrəmov, Hacıağa Rüstəmbəyov, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin elm və magistratura üzrə dekan müavini, dosent Mehriban Həmidova çıxış etmişlər.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransı

23 Aprel 2013 04:26

26-27 Aprel tarixində keçiriləcək “Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransı”-nın məqsədi gənclərin elmə olan marağını artırmaq, dünyanın müxtəlif universitet, akademiya və institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları və elm adamlarını bir araya gətirmək, bu sahədə əldə olunan təcrübələri digərləri ilə paylaşmaq, qarşılaşdıqları problemləri təhlil etmək, ortaq problemlərin müzakirə olunmasını və onların həll yolları üçün təkliflərin irəli sürülməsini təmin etməkdir.

Təhsil müəssisəsi

Bakı Dövlət Universiteti

Bakı Dövlət Universiteti
Bakı Dövlət Universiteti 1919-cu il sentyabr ayının1-də Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən təsis edilmişdir. V.İ.Razumovski (1857-1935) universitetə 1919-1920-ci illərdə rəhbərlik etmiş ilk rektordur. Müəllim heyətinin sayı 1100 nəfərdən yuxarıdır. Onlardan 250 nəfəri elmlər doktoru, 700 nəfər isə fəlsəfə doktorudur... daha ətraflı