Universitet xəbərləri

ABŞ-da Xəzər Universitetinin əməkdaşının redaktorluğu ilə ingilis dilində kitab çap olunub

19 İyun 2013 15:05

“Assa-İrada” informasiya agentliyinin direktoru, jurnalist, şərqşünas və yazıçı, filologiya üzrə fəlsəfə doktoru Fazil Güneyin “Yalanın gerçəkliyi” adlı kitabı ABŞ-da ingilis dilində çap olunmuşdur.

ADU-da Çin Mərkəzinin və “Açıq kitabxana”nın açılış mərasimi keçirildi

14 İyun 2013 15:13

İyunun 12-də Azərbaycan Dillər Universitetində Çin Mərkəzinin və Azərbaycan universitetləri içərisində ilk dəfə olaraq ADU-da “Açıq kitabxana”nın açılış mərasimi keçirildi və universitetin müəllim və tələbələrinin ixtiyarına verildi.

Xəzər Univesitetinin 7 tələbəsi Mərkəzi Bankda internatura keçməyə layiq görülmüşdür

12 İyun 2013 11:16

Artıq bir neçə ildir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən universitet tələbələri və məzunları üçün "İnternatura" proqramı həyata keçirilir. 

Əhliman Əmiraslanov imtahandan əvvəl tələbələrlə görüşdü

11 İyun 2013 14:20

Azərbaycan Tibb Universitetində imtahanlar başlayıb. İyun ayında Virtual Test Mərkəzində (VTM) müxtəlif fakültələrin fərqli kurs tələbələri kurs imtahanlarından keçirlər. Test imtahanları VTM-in son model kompüterlərlə təchiz olunmuş hər iki zalında eyni vaxtda keçirilir. 

Unesco-nun “Novaya Era” Dünya Rəssamlıq Akademiyasının Akademiki Fəxri Adının Ülviyyə Həmzəyevaya təqdimatı mərasimi

6 İyun 2013 03:34

Naxçıvan Dövlət Universitetinin Tələbə Sosial Xidmət Mərkəzində Azərbaycan Respublikasının Əməkdar Rəssamı, Naxçıvan Rəssamlar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və Naxçıvan Dövlət Universitetinin Təsviri incəsənət və rəsmxət kafedrasının baş müəllimi Ülviyyə Həmzəyevanın fərdi sərgisi və UNESCO-nun «Novaya era» Dünya Rəssamlıq Akademiyasının akademiki fəxri adına layiq görülməsi ilə əlaqədar mərasim keçirildi.

ADİU-nun əməkdaşı Oksfordda təlim proqramında iştirak etmişdir

3 İyun 2013 04:15

Cari ilin 20-26 may tarixlərində Böyük Britaniyanın Oksford şəhərində “Ali Təhsildə Liderlik 2013: Rəhbərlər üçün İdarəetmə Proqramı” (Leadership in Higher Education 2013: Senior Executive Programme) mövzusunda seminar keçirilmişdir.Təhsil və İnkişaf üzrə Oksford Akademiyası (Oxford Academy for Education and Development – OAED) tərəfindən təşkil olunan seminarda ADİU-nun Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor əvəzi dos. Şahin Bayramov iştirak etmişdir.

NATO rəsmiləri BDU-nun tələbələri qarşısında çıxış ediblər

1 İyun 2013 10:35

NATO-nun Baş katibinin Qadın, Sülh və Təhlükəsizlik üzrə xüsusi nümayəndəsi Mari Skare, NATO-nun Baş katibinin İctimai Diplomatiya üzrə müavini Kolinda Grabar-Kitarovic, Cənubi Qafqaz regionunda zabit Villiam Lahu və köməkçi Despina Afentuli Bakı Dövlət Universitetində olublar.

İnşa yazı olimpiadası” nın qalibləri mükafatlandırıldı

1 İyun 2013 10:26

Mayın 31-də Azərbaycan Dillər Universitetində İngilis dilinin tarixi və leksikologiyası kafedrası və Müəllim Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “İnşa yazı olimpiadası” nın qaliblərinin mükafatlandırılma mərasimi keçirildi. Tədbirdə ADU-nun Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev, Müəllim Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Misgər Məmmədov, İngilis dilinin tarixi və leksikologiyası kafedrasının müdiri, professor Nigar Vəliyeva, kafedranın müəllimləri və tələbələr iştirak edirdilər.

Rektor Səməd Seyidov Chevron-un Neft Mühəndisləri Cəmiyyətinin vitse prezidentini qəbul etdi

29 May 2013 09:47

Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Şevron enerji texnologiyası şirkətinin Neft Mühəndisləri Cəmiyyətinin vitse prezidenti Qaneş Takurun başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi. Qonaqları salamlayan rektor onlara universitet haqqında məlumat verdi. Müxtəlif dillərin tədris olunduğunu diqqətə çatdıran professor Səməd Seyidov universitetdə bir sıra dil və mədəniyyət mərkəzlərinin mövcudluğundan söz açdı. O, universitetin beynəlxalq əlaqələri haqqında danışdı və Azərbaycanın beynəlxalq aləmdəki mövqeyi, xarici siyasəti haqqında qonaqlara məlumat verdi.

TEMPUS Proqramı çərçivəsində yeni layihənin müzakirəsi üçün dəyirmi masa keçirildi

24 May 2013 03:56

Gəncə Dövlət Universitetində təşkil olunmuş görüşdə Almaniyanın Leypsiq Texniki Elmlər İnstitutunun nümayəndə heyəti – TEMPUS layihələr proqramının rəhbəri professor Klaus Hansgen və layihənin iştirakçısı Marina İvanova iştirak etmişlər. 

Təhsil müəssisəsi

Azərbaycan Universiteti

Azərbaycan Universiteti (AU) Azərbaycan Respublikasında təsis olunan ilk özəl universitetdir. AU 1991-ci ildən fəaliyyətdədir. Universitet Dövlət Ali Ekspert Komissiyasının 3 mart 1993-cü il tarixli, Təhsil Nazirliyi Kollegiyasının 8 aprel 1993-cü il tarixli qərarları ilə dövlət qeydiyyatına alınıb, 01 saylı Dövlət reyestrinə qəbul edilib və ona sertifikat verilib... daha ətraflı