Universitet xəbərləri

Azercell-in Tələbə Təqaüd proqramının təqdimatı

24 Oktyabr 2012 10:50

Xəzər Universiteti Tələbə işləri və karyera inkişaf mərkəzinin təşkilatçılığı ilə universitetin Mərkəz kampusunda İqtisadiyyat və menecment fakültəsinin tələbələri üçün Azercell şirkətinin Tələbə Təqaüd Proqramının təqdimatı keçirildi.

ADİU-da Avrasiya Sosial Elmlər Forumu

19 Oktyabr 2012 01:46

18 oktyabr 2012-ci tarixində ADİU-da “Dünya İqtisadiyyatının İnkişaf Paradiqması: Bazar və Sonrası” mövzusuna həsr olunmuş Avrasiya Sosial Elmlər Forumu öz işinə başladı.
Forum öz işinə 18 oktyabr Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarətlə başladı.

BDU rektoruna “Elm və Texnologiya sahəsində 2012-ci ilin İSESCO mükafatı” verilib

18 Oktyabr 2012 03:52

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESCO) “Elm və Texnologiya sahəsində 2012-ci ilin İSESCO mükafatı”nın Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmova verilməsi haqqında qərar qəbul edib. Bu prestijli mükafat akademik Abel Məhərrəmova Kimya (nanomateriallar və nanotexnologiyalar) sahəsindəki böyük uğurlarına görə verilib.

ADU-da “İtalyan dili həftəsi” keçirilir

17 Oktyabr 2012 04:41

Oktyabrın 16-da Azərbaycan Dillər Universitetində (ADU) XII dünya italyan dili həftəsinə start verildi. Açılış mərasimində ADU-nun İctimaiyyətlə əlaqələr və Mətbuat xidməti şöbəsinin müdiri Zeynab Kazımova, İtalyan dili kafedrasının müdiri Kəmalə Əliyeva, İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mario Baldi, Milan Dil Məktəbinin professoru Silvia Vassalo və Tərcümə fakültəsinin italyan dili ixtisasında təhsil alan tələbələr iştirak edirdi.

Xəzəryanı Ölkələrin Dövlət Universitetlərinin Assosasiyasının XV Baş Assambleyası AzTU-da keçirildi

15 Oktyabr 2012 12:37

Azərbaycan Texniki Universitetində 12 oktyabr 2012-ci il tarixində Xəzəryanı Ölkələrin Dövlət Universitetlərinin Assosiasiyasının XV Baş Assambleyası keçirilmişdir. İştirakçılar əvvəlcə Fəxri Xiyabanda Azərbaycan xalqının Milli lideri Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edərək, onların xatirəsini ehtiramla yad etmişlər. İclasda Assosiasiyaya daxil olan 30-dan çox universitetin nümayəndələri iştirak edirdi. Baş Assambleyanı AzTU-nun rektoru, professor Havar Məmmədov açaraq qeyd etmişdir ki, Assosiasiyada Xəzəryanı 5 ölkənin 51 universiteti təmsil olunur və bu beynəlxalq qurum əsasən elm, təhsil sahəsində əməkdaşlığı genişləndirmək, müxtəlif beynəlxaq layihələri həyata keçirmək və Xəzərin ekoloji problemlərini öyrənərək onların aradan qaldırılması üçün elmi tədqiqatlar aparır.

BDU ilə Kalmık Dövlət Universiteti arasında müqavilə imzalanıb

15 Oktyabr 2012 12:28

İmzalanan müqavilə tələbə, tədqiqatçı və doktorantların mübadiləsini, professor və müəllim heyətinin elmi sahədə ixtisaslarının artırılmasına qarşılıqlı yardımı, birgə simpozium, seminar və konfrans təşkilini və qarşılıqlı maraq doğuran layihə və proqramlarda tərəflərin birgə iştirakını nəzərdə tutur.

Beynəlxalq təqdimat mərasimi keçrildi

12 Oktyabr 2012 11:32

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və Xarici dillər fakültəsində "Türk Akademiyasının yaradılması - Türkdilli dövlətlərin Naxçıvan sammitinin qərarlarının həyata keçirilməsində böyük addım" mövzusunda beynəlxalq təqdimat mərasimi keçirildi.

Azərbaycan Memarlıq və İnşaat Universitetində "Müasir inşaatın nəzəri və praktiki problemləri" mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək

10 Oktyabr 2012 03:42

Konfransda tanınmış alim və mütəxəssislər, yerli və xarici təhsil və elmi-tədqiqat təşkilatlarının nümayəndələri iştirak edəcək. Almilər inşaat sahəsinin ən yeni elmi-texniki araşdırmalarını özündə əks etdirən məruzələrlə çıxış edəcəklər.

ADİU-da Rusiya Elmlər akademiyasının həqiqi üzvü Ernest Koçetovla görüş keçirildi

10 Oktyabr 2012 03:32

8 oktyabr 2012-ci il tarixində universitetin kiçik akt zalında Rusiyanın Ali İqtisad Məktəbinin Geoiqtisadiyyat üzrə strateji araşdırmalar Mərkəzinin direktoru, Rusiya Elmlər akademiyasının həqiqi üzvü Ernest Koçetovla görüş keçirildi. Qonağı təqdim edən rektor, professor Şəmsəddin Hacıyev tanınmış alimin Rusiyada geoiqtisadiyyat elminin banisi, «Geoiqtisadiyyat və qloballistika elmlərinin ictimai akademiyasının» təsisçisi və prezidenti, onlarla dərslik və monoqrafiyaların müəllifi və bununla bahəm, Azərbaycanın böyük dostu olduğunu, görüşün Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində baş tutduğunu qeyd etdi.

BDU-da Transmilli Cinayətkarlıq üzrə magistratura yaradılacaq

10 Oktyabr 2012 03:19

Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Maks Plank adına Xarici və Beynəlxalq Cinayət Hüququ üzrə Fraybur İnstitutunun (Almaniya) direktoru Hans Albrexti qəbul edib.

Təhsil müəssisəsi

Azərbaycan Diplomatik Akademiyası

Azərbaycan Diplomatik Akademiyası
ADA beynəlxalq əlaqələr və biznes sahəsində yüksək ixtisaslı kadrlar hazırlanması üçün yaradılan  beynəlxalq əlaqələr və biznes məktəbidir. Akademiyada tələbələrə biznesin aparılması, iqtisadiyyat sahəsində biznesin idarəsi öyrədilir. Azərbaycandan və aparıcı dünya universitetlərindən alim və praktikləri birləşdirən akademiya tələbələri dünya iqtisadiyyatı mövzusunda diskussiyaya cəlb edir... daha ətraflı