Universitet xəbərləri

Bərpa olunan enerji mənbələrinin tətbiqinə həsr olunmuş təlim kursu

20 Noyabr 2012 02:16

Naxçıvan Dövlət Universitetində Azərbaycan Hökuməti və Beynəlxalq İnkişaf Assosiasiyasının birgə həyata keçirdiyi Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi" layihəsi çərçivəsində növbəti təlim kursuna start verildi.

Böyük Britaniya BDU-nun Naniotexnologiyalar sahəsində nailiyyətləri ilə maraqlanır

14 Noyabr 2012 15:08

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Böyük Britaniyanın Elm və İnnovasiya Şəbəkəsinin nümayəndələrini - şəbəkənin Almaniyadakı rəhbəri Kənan Poleonu və Şəbəkənin Türkiyədəki əməkdaşı Başak Candemiri qəbul edib. Qonaqların Azərbaycana səfərlərinin məqsədi ölkənin aparıcı elm mərkəzləri ilə əməkdaşlıq qurmaq üçün görüşlərin keçirilməsidir.

Mirzə Ələkbər Sabir realist poeziyasının qüdrətli nümayəndəsidir

14 Noyabr 2012 11:17

Noyabrın 12-də Azərbaycan Dillər Universitetində “Mirzə Ələkbər Sabir realist poeziyasının qüdrətli nümayəndəsidir” mövzusunda konfrans keçirildi. Konfransda ADU-nun Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev, Filologiya fakültəsinin dekanı, professor Fikrət Cahangirov, Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, dosent Fəridə Səfiyeva, universitetin müəllimi, filologiya elmlər namizədi Aytac Zeynalova, Azərbaycan Pedaqoji İnstitutunun professoru, filologiya elmləri doktoru Təyyar Salamoğlu, Bakı Dövlət Universitetinin dosenti Mətanət Abdullayeva və universitetin tələbələri iştirak edirdilər.

NDU-da maliyyə idarəetməsi mövzusunda təlimlərə start verilib

13 Noyabr 2012 05:11

Naxçıvan Dövlət Universitetində Dünya Bankının “Dövlət investisiyaları üzrə kadr potensialının gücləndirilməsi” layihəsi çərçivəsində GRBS şirkətinin təşkilatçılığı ilə “Beynəlxlq Maliyyə Qurumlarının standartları əsasında Maliyyə İdarəetməsi” mövzusunda 5 günlük təlimlər keçirilir.

Yaponiyalı alim Bakı Dövlət Universitetində mühazirə oxuyub

7 Noyabr 2012 03:11

6 noyabr Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov Tokio Universitetinin mədəniyyət antropologiyası üzrə fəxri professoru Takeo Funabikini qəbul edib.  BDU haqqında qonaqlara məlumat verən rektor, əsasən universitetin beynəlxalq əlaqələrindən danışıb.

ADU-da Sinxron Tərcümə Laboratoriyası açıldı

7 Noyabr 2012 10:08

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) “Keçmişdən günümüzə Azərbaycan-Türkiyə xeyriyyəçilik ənənəsi- QARDAŞ KÖMƏYİ” adlı Beynəlxalq Simpozium çərçivəsində ADU-da Sinxron Tərcümə Laboratoriyasının açılış mərasimi keçirildi.

Azərbaycan ilə İtaliya arasında təhsil sahəsində əməkdaşlıq

5 Noyabr 2012 10:19

Azərbaycan və İtaliya arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyinə həsr edilmiş tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyində “Azərbaycan və İtaliya arasında əməkdaşlıq: hazırkı vəziyyət və perspektivlər” mövzusunda konfrans keçirilib.

İtaliya universitetləri ilə əməkdaşlıq məsələləri müzakirə olunub

2 Noyabr 2012 05:56

Kataniya Universitetinin prorektoru, professor Dario Pettinato, Kataniya Universitetinin professoru Antonio D’Agata, Roma Tre Universitetinin professoru Marko Giuzeppe Valigi, La Sapienza Universitetinin professoru Allessandro Saggioro BDU-da olublar.

"İqtisadçı" voleybol klubu Hollandiyanın "Slinderxt" klubuna qalib gəlib

1 Noyabr 2012 11:43

ADİU-nin "İqtisadçı" voleybol klubu Hollandiyanın "Slinderxt" klubuna qalib gəlib. Oyunun böyük hissəsi voleybolçularımızın idarəsi altında keçirilib. Qələbə "İqtisadçı" klubuna AVK kubokunun 1/8 finalına keçmək imkanı verdi

İDEA Kampaniyası BDU-da təqdimat merasimi keçirib

24 Oktyabr 2012 14:14

Gənclər arasında ətraf mühitin mühafizəsi ilə bağlı layihələr həyata keçirən IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) Kampaniyası 23 oktyabr Bakı Dövlət Universitetində (BDU) təqdimat merasimi keçirib. Tədbirdə Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbələri iştirak edib.

Təhsil müəssisəsi

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası dizayn, rəsm, teatr dekorasiyası sənəti, qrafika kimi ixtisaslar üzrə mütəxəssislərin hazırlanmasımda aparıcı ali məktəbdir. Akademiya heykəltəraşlıq üzrə mütəxəssislərin də hazırlanma mərkəzidir. Adı çəkilən ixtisaslardan başqa akademiyanı bitirən tələbələr şüşə, keramika və metalla işləmək bacarığı əldə edir... daha ətraflı